Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən bezmişik.Bu şikayətin müəllifləri əlil xəstə olsalarda dərmanlarımzı və tibb ləvazimatlarımızı ala bilmirik.Verilən dərmanların çoxu isə dəyişdirilib ucuz dərmanlar verilir.Hansı ki, dövlət ayırdığı dərmanlar bahalı və keyfiyyətlidir.
Ucar rayon Xəstəxanasında müayinə və müalicə yaxşı olmadığı üçün rayon sakinləri müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.İcbari tibbi sıorta adı ilə terminala pul köçürəndə kartın Zeynal Bayramlının adına qeydiyyatda olması yazılır.Kəndlərdə tibb məntəqələrinin çoxu bərbad gündədir işləmir.
Əlillik təyin edilməsi üçün ilk olaraq Ucar rayon xəstəxanasına üz tutan xəstələr elə bir süründürməçliklə üzləşirlər ki, az qala intihar etsinlər.
Hamı Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının fəaliyyətindən çox narazıdır.Zeynal Bayramlı 15 ildir ki, bu vəzifədədir.O, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırımın kürəkəninin qardaşıdır.
Biz Ucar sakinləri Prezident İlham Əliyevdən və TƏBİB-in sədri Zaur Əliyevdən kömək istəyirik.Ümüd edirik ki, vətəndaşların haqlı şikayətləri nəzərə alınıb təcili və ciddi tədbirlər görüləcək".
Dia.az bildirir ki, narazı vətəndaşlar eyni zamanda video görüntülər də yollayıblar. Onu təqdim edirik:
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...