Axtarış...

Müdür azyaşlı qıza təcavüzdə günahlandırılaraq həbs edilib

Müdür azyaşlı qıza təcavüzdə günahlandırılaraq həbs edilib

Ucar rayonunda rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri həbs edilib.
Bir neçə gün bundan əvvəl azyaşlı qıza təcavüz etdiyinə görə, Ucar rayonunda mədəniyyət evlərindən birinin müdiri işləyən 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə təqsirləndirilən mədəniyyət evinin müdüri Rəfail Hüseynov 2008-ci il təvəllüdlü azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilərək həbs edilib.


Hal-hazırda baş verən faktla bağlı araşdırma davam etdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz