Bu ilin yanvar-dekabr aylarında Ucar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 851 min 705 manat olan 27 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tender keçirən Ucar rayon İcra Hakimiyyəti olub. Ucar rayon İcra Hakimiyyəti ümumi məbləği 729 min 243 manatlıq tender müqavilələri bağlayıb. İcra hakimiyyəti həm də tenderlərin ümumi məbləğinə görə rayon üzrə birincidir.
Ucar rayonunda keçirilən məbləği 100 mindən çox olan 7 tender keçirilib. Bu tenderlərin 3-ün “Hidro-Servis-N” MMC, 3-ün "İnpeks.N" MMC, 1-in “TUNAY-Z.A” MMC şirkəti qazanıb.
Rayon üzrə ən çox tender qazanan "İnpeks.N" MMC-dir. Həmçinin Ucar Mərkəzi rayon Xəstəxanasının btün tenderlərini "İnpeks.N" MMC qazanıb. Şirkət ümumi məbləği 791 min 044 olan 8 tenderin qalibi olub. Bu rayonun il ərzində keçirdiyi tenderlərin ümumi məbləğinin 42%-ni təşkil edir.
Rayon üzrə ikinci ən çox qazanan şirkət “Hidro-Servis-N” MMC-dir. “Hidro-Servis-N” MMC-nin qalib olduğu 4 tenderin ümumi məbıəği 617 min 550 manatdır.
FED.az 2019-cu ildə Ucar rayonunda keçirilən tenderləri təqdim edir.