Naxçıvanın Culfa gömrüyünün “xan” rejimindən qalma kadrları yenə “köhnə hamam, köhnə tas” siyasətini davam etdirməyə çalışırlar. Onlar müxtəlif vasitələrlə Naxçıvanda aparılan islahatları sabotaj etmək istəyirlər.
Ovqat.com-a daxil olan şikayət məktubundan belə anlaşılır.
Məktubu qələmə alan Culfa gömrüyünün bir işçisidir.
Şikayətçi yazır:
“Məsələ bundan ibarətdir ki, yoxlamalar başlayandan təcili olaraq gömrüklərdə poçt filialları faliyyətə keçdi. Gömrüyə ödənən rüsumları poçta köçürdürlər. Son 10 gün içində poçt filiallaı risumları dollar və başqa valyutalarınan qəbul edirdilər.
Bu gündən isə Naxçıvanın Baş naziri Səbuhi Məmmədov Poçtun direktoru Saxavət müəllimə göstəriş verib ki qəbulu ancaq manatla edin, çünki poçtun qəbul etdiyi dollarları Kapital Banka köçürdürdülər, yəni Dövlətimiz qazanırdı. Gələn TIR sürücüləri olsun, xarici vətandaşlar olsun, hamısında Dollar yada Euro olur. Poçt isə xarici valyuta qəbul etmədiyi üçün vətandaşlar üz tututrlar Səbuhi müəllimin gömrüyün qarşısında gözləyən “qara kassa”ların üstünə onlardan manat alıb gəlib ödənişlərini edirlər. “Qara kassa”lar da dolların kursunu çox aşağıdan vurub soyğunçuluq edirlər, həm Səbuhi qazanır, həm də özləri.
Bir sözlə, istər xarici sürücülər, istərsə də əcnəbi vətandaşlara həm maddi, həm də mənəvi əziyyət verirlər.
Yoxlamalardan əvvəl də Səbuhi müəllimin hər gömrükdə “qara kassa”ları vardı, onlar gömrüyün içində oturub dollar alırdılar. Sərhəd Qoşunlarını Bakıya birləşdirəndən sonra onlar həmin “qara kassa”ları içəri buraxmadılar. Səbuhi isə Saxavətin əliylə dollar biznesini əvvəlki kimi davam etdirməyin yolunu tapdı”.
Məktub müəllifi ilə əlaqə saxlayıb, irəli sürdüyü bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq. Həmsöhbətimizin bildirdiyinə görə, gömrük məntəqələrində yaradılan bürokratik əngəllərdən ən çox Türk sürücülər əziyyət çəkirlər. Onları elə gözümçıxdığa salırlar ki, adamlar Naxçıvana gəlməyə peşman olurlar.
Ovqat.com