Axtarış...

Naxçıvan Mədəniyyət Nazirliyi Bakıdan gələn müfəttişləri aldadıb... - ““Həmin hamam, həmin tas”dır”

Naxçıvan Mədəniyyət Nazirliyi Bakıdan gələn müfəttişləri aldadıb... - ““Həmin hamam, həmin tas”dır”


Naxçıvan Mədəniyyət Nazirliyi bu qurumda yoxlamalar aparan müfəttişləri də aldadıblar.

Millitv.az xəbər verir ki, ovqat.com-a bu barədə məlumat Naxçıvan MR Mədəniyyət Nazirliyi strukturlarından birində çalışan şəxs tərəfindən verilib.

Qaynağımızın bildirdiyinə görə, bir neçə gün MR Mədəniyyət Nazirliyinə də müfəttişlər gəlib. Onlar bundan sonra Naxçıvan Mədəniyyət strukturlarında “ölü canlar” sisteminə son qoyulacağını, müəllimlərə yazılan artıq dərslərin yığışdırılacağını, heç kimin maaşdan əlavə ödənişləri rəhbərliyə çatdırmayacağını və onlara yazılan dərslər qədər dərs deyəcəklərini bildirib gediblər. Amma onlar gedəndən sonra yenə “köhnə hamam, köhnə tas”rejimi davam edib.

Şikayətçi redaksiyamıza ünvanladığı məktubunda yazır:

“Bir necə gün əvvəl qaytarılan dərs saatları, yəni müəllimin üzərinə yazılan əlavə dərslər, deyilənlərə görə, müəllimlərə qaytarılıb. Amma hansı müəllimlərə? Hansı ki, özlərinə yaxın bilib “öz aramızda qalsın bir sən bil bir mən” dedikləri, “yarısı sənin yarısı mənim” prinsipi ilə işləyən, əslində isə tədris prosesində hec bir fəaliyyəti olmayan, öyrətim qabiliyyəti aşağı olan müəllimlər yenə arada yüksək dərs saatına malik olublar. Amma burda bir məsələ də var: müdirlərin bu yaxın “bacı qardaş müəllimləri” yene rəhbərliyə dəstək ola bilərlər, müdir də nazirinə. Və deyilənlərə görə, uzağı, yanvara qədər bu normallaşma prosesi sürə bilər, yanvardan sonra yenə açıq bazar olacaq. Rəhbərliyin bəzi müəllimlərə açıq şəkildə “çox öyrəşməyin bu dəyişikliyə” dedikləri iddia olunur.

Gələk əsas məsələyə. Nəyə görə bu dərslər “artıq maaşın hamısını sən alacaqsan deyilən müəllimlərə qalır? Nəyə görə digər müəllimlərə o saatlar paylanmayıb. Hələ də dərs yükü aşağı olan, yarıbayarı fərq verən dərs saatları var. Mənim və digər məğdur muəllimlərin fikrincə, aidiyatı qurumlar təkrar yoxlama aparmalı, dərs saatları balanslaşdırılmalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz