Axtarış...

"Yelo Bank"ın 190 manatlıq şübhəsi... - GİLEY



Koronavirusla bağlı karantin günlərində birdəfəlik 190 manat yardımın verilməsi məsələsilə bağlı narazılıqların yenisi baş qaldırıb. Bu barədə DİA.AZ-a yazan vətəndaşlar bildirilər ki, keçmiş "NikOİL Bank", indiki "YeloBank"dan bu gün onlara telefon zəngi deilib.

Vətəndaşlar dia.az-a yazır: "Bizə zəng edərək bildirdilər ki, 190 manatlıq dövlət yardımını biz "Yelo Bank"ın metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən filialından ala bilərik. Biz də irad bildirdik ki, Səbail rayonunda yaşayırıq. Amma bizə dedilər ki, onlara bu şəkildə göstəriş vrilib. Kim tərəfindən? Bilmədim. Amma bildiyim odur ki, bank əməkdaşı nəzakətli formada məni sözügedən filiala dəvət etdi.

Mən də sevinc hissi ilə həmin bank filialına yaxınlaşdım. Amma aydın oldu ki, hələ pulu ala bilmərəm. Əvəzində mənə bank kartı verdilər və dedilər ki, pul hələ 10 may tarixindən sonra köçüəcək. Konkret hansı gün? Bunu da bilən yoxdur.

Halbuki mənim kimi eyni qaydada müraciət edən digər vətəndaşlar müvafiq poçt şöbələrindən həmin yardımı alıblar. Ayrıseçkilik salınır? Buna inanmıram. Amma şübhələndiyim "Yelo Bank"ın davranışları və ödəyəcəkləri pulu poçt şöbələrində olduğu kimi birbaşa verməməlidir. Yəqin onlar fikirləşirlər ki, "Ya xan ölər, ya da..." Yəni bu prinsiplə məsəlkəyə yanaşırlarsa, hər halda yanılırlar... Çünki onlara çox güman bu tapşırıq dövlət tərəfindən verilib və müvafiq qaydada pul ayrılıb. Yəqin köhnənin "NikOil Bank"ı olan bu qurumun əməkdaşları əvvəllər olduğu kimi, yenə də dövlət maliyyəsini öz hesablarında bir-iki günlük yubatmaqla qazanc əldə etmək istəyirlər. Hər halda, bir vətəndaş olaraq mənim şübhələnməyə əsasım var. Ona görə ki, eyni qaydada 190 manatlıq yardımı alan digər vətəndaşlara poçt şöbələrində həmin vəsait nağd formada və həm də dərhal ödənilib".

Dia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz