Gəncə şəhərində qadın 10-cu mərtəbədən yıxılaraq vəfat edib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər ərazisində bir nəfər xanımın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları və şəhər prokurorunun nümayəndələri hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı 2007-ci il təvəllüdlü Ş Məmmədovanın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi məlum olub. Hazırda hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verməsi araşdırılır”.
Oxu.Az