Axtarış...

Nazir iki polis idarəsini ləğv ETDİ

Nazir iki polis idarəsini ləğv ETDİ


Azərbaycanda iki polis idarəsi ləğv edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci plis şöbəsi yaradılıb.

Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin fəaliyyəti təşkil olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz