Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Millitv.Az report-a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.