Axtarış...

Qaralovun himayə etdiyi deyilən şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

Qaralovun himayə etdiyi deyilən şirkətin külli miqdarda vergi borcu üzə çıxdı


İnşaat sektorunun əsas oyunçularından hesab edilən “Temirli Qrup” ASC-nin külli miqdarda vergi borcu yaranıb.

Şirkətin bu günə olan vergi borcu 642 170.10 AZN təşkil edir. Vergi borcuna görə şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi arasında məhkəmə çəkişməsi yaşanır. İş Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun icraatındadır.

“Temirli Qrup” ASC 24 may 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 320 468 AZN olan şirkətin qanuni təmsilçisi Temirov Rüstəm Həzrət-Əli oğludur. Şirkətin sahibi isə Rüstəm Temirovun atası Həzrət-Əli Temirovdur.

ASC-nin veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət neft-kimya zavodlarının təmiri üçün komplektləşdirici tikinti materiallarının istehsalı, eləcə də inzibati və yaşayış evlərinin tikintisi üçün dəmir-beton, taxta materiallarının təmin edilməsi üzrə ixtisaslaşıb.

ASC-nin ərazisində aşağıdakı istehsal sexləri və anbarlar yerləşir:

140 m3/saat gücünə malik olan əmtəə betonu, dəmir-beton konstruksiyalarının istehsalı üzrə qovşaq;
Metal konstruksiyaların istehsalı;
Ağac emalı meşələrinin istehsal sahəsi;

Üzlük daşının istehsal sexi;
600-1200 mm diametrli beton kanalizasiya və su borularının istehsalı;
Sənaye soyuducuları.

2013-cü ildə hüquqşünas Əliabbas Rüstəmli şirkətli bağlı o zamankı Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciətdən bəlli olur ki, şirkətin himayədarı da keçmiş Baş prokurordur.

Bundan başqa, 2019-cu ildə Həzrət-Əli Temirovun adı Bakının Xətai rayonunda yaşıllığın məhv edilməsində hallanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmin vaxt yaydığı məlumatda bildirilir:

“Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən ”məcburi göstəriş" verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi".

Bundan başqa, məlumatda qeyd edilib ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz