Axtarış...

Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı - 2138.20 AZN...

Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı - 2138.20 AZN...


Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin xanımı Lalə Kazımovanın biznes subyektləri çöküş ərəfəsindədir.

Mllitv.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb.
Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı - 2138.20 AZN...

İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı məlum oldu ki, Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin vergi borcu var. Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

MMC-nin bu günə olan vergi borcu 2138.20 AZN təşkil edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz