İran Ermənistanla nəqliyyatı inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nordooz kəndi vasitəsilə Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazırdır.
Bu barədə İranın yol naziri Rüstəm Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə deyib.
Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlıq etməsi barədə qərar qəbul edilib.
Nazir əlavə edib ki, iki ölkə arasında razılaşma əsasında Nordooz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb.