Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edəcək.Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.İranlı nazir səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək. Sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə oluacaq.
Millitv.az