Noyabrın 2-də Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, “Winter Park Plaza”, “Winter Park Hotel Baku”nun təşkilatçılığı və Oxu.Az, Baku TV, Baku.ws, Media.az, “Novartis” şirkətlərinin informasiya dəstəyi ilə Talassemiyalı Uşaqlar üçün “HƏYAT VER” adlı qanvermə aksiyası keçiriləcək.
Aksiya “Winter Park Hotel Baku”, 2-ci mərtəbədə, Zümrüd zalında (Meeting Hall, Zumrud room) keçiriləcək.
Qeyd edək ki, qan donorları üçün şəxsiyyət vəsiqəsinin olması məcburidir.