Axtarış...

Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik

Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik


Lənkəranda "Hirkan Park Otel"də xanımları gender bərabərliyini pozaraq ərazidən uzaqlaşdırıblar.

Bu barədə Gundem.az saytına şikayət daxil olub. Şikayətçinin sözlərinə görə xanımlara bu qeyri-etik davranışla bağlı xüsusi səbəb göstərilməyib:

"Bakıdan Lənkərana istirahətə getmişdik və yanımızda körpə uşaq var idi. Elə bu səbəblə də otelə 2 saat öncədən zəng edərək uşaq meydançasına yaxın yerləri rezerv etmək istədik. Otel əməkdaşları bütün yerlərin boş olduğunu bron etməyə ehtiyac olmadığını bildirdilər. Restorana gəldikdə həqiqətən də yerlər boş idi. Yemək yedikdən sonra çay içmək istədik və “əlbəttə olar” cavabı verilsə də 10 dəqiqə sonra bizə çay təqdim etmək əvəzinə oturduğumuz yeri boşaltmalı olduğumuz deyildi. Səbəb isə “doktor”adlandırdıqları şəxsin əraziyə daxil olması imiş".

Xanımlar bu tələbə etiraz etdikdə kobud şəkildə onları qovmağa çalışıblar. Maraqlı məqam isə qonaqlar arasında yalnız xanımlar olan masanın boşaldılması olub. Bəylərlə gələn digər qonaqlara bu şəkildə davranış sərgilənməyib. Uşaqlarla və maşınsız olan xanımlar beləliklə gender bərabərsizliyinə və sosial ayrıseçkiliyə məruz qalıblar.

Qarşı tərəfin rəyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz