Axtarış...

“Paşa Holdinq”in otellərinə yeni əcnəbi direktor TƏYİN OLUNUB - SİYAHI

“Paşa Holdinq”in otellərinə yeni əcnəbi direktor TƏYİN OLUNUB - SİYAHI

“Paşa Holdinq”in törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-yə (VÖEN-1402589811) yeni direktor təyin olunub.

“Abşeron Hotel Qrup” MMC-nin qanuni təmsilçisi Simon Craig Beaumont olub.

Məlumat üçün qeyd edək ki, Simon Craig Beaumont daha əvvəl “Abşeron Hotel Qrup” MMC-də baş əməliyyat müdiri olub. Simon Craig Beaumont 2015-2018-ci illərdə “Paşa Holdinq”ə bağlı olan “Marriott” otelində müxtəlif vəzifələrdə işləyib.

Onu da bildirək ki, 22.08.2013-cü ildə dövlət qeydiyyatına alınan “Abşeron Hotel Qrup” MMC-nin nizamnamı kapitalı 15 milyon 850 min manat təşkil edir.

“Abşeron Hotel Qrup” hazırda Bakıda beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan “Four Seasons Baku”, “JW Marriott Absheron Baku” və “The Ritz-Carlton, Baku” kimi üç lüks hotelə malikdir.

Bunlardan başqa “Abşeron Hotel Qrup”un daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunub.

“Baku Marriott Hotel Boulevard”
“Sheraton Baku Intourist”
“Courtyard by Marriott Baku”
“Pik Palace, Shahdag”
“Park Chalet, Shahdag”
“Dinamo Hotel Baku”
“The Merchant Baku”
“Bilgah Beach Hotel”
“Allium Bodrum Resort & Spa” (Bodrum / Türkiyə)
“Boutique 19 Hotel”
“Art Gallery Hotel”

Eyni zamanda, “Abşeron Hotel Qrup”un inşaat mərhələsində olan daha iki hotel layihəsi də vardır ki, bunlardan biri Bakı-da (“The Crescent”, brend- təsdiqlənməyib), digəri isə Tbilisidə (“AC Hotel by Marriott Tbilisi”) yerləşir və növbəti 2-3 ildə açılması gözlənilir.Yeniavaz.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz