Axtarış...

Vəliyevaların yerini dəyişəndə heç nə dəyişmir - İLGİNC İDDİALAR...

Vəliyevaların yerini dəyişəndə heç nə dəyişmir - İLGİNC İDDİALAR...


“Səhhəti ilə bağlı” Təhsil nazirinin müavini vəzifəsindən azad olunan Məhəbbət Vəliyevanın rəsmi fəaliyyətinə son verilsə də özfəaliyyəti hələ də davam etməkdədir. Deputat Etibar Əliyevin təbirincə desək “5-ci kolonun görkəmli nümayəsndəsi” olan bu xanım zamanında təyin etdiyi kadrlar vasitəsilə paytaxtın təhsil sektorunu nəzarətdə saxlayır, istədiyi kimi idarə edir. Bakı məktəblərini direktorla təmin edən Z.Əliyeva adına liseydən pərvazlanan və “Məhəbbətin qüdrəti” ilə vəzifəyə gətirilən şəxslər bu gün də öz himayədarlarına hesab verir və əmrlərini yerinə yetirirlər. “Məhəbbətin qüdrəti”ylə vəzifəyə gətirilən BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə deyəsən 5-ci kolonun Azərbaycan təhsilini məhv etmə əməliyyatının son akkordlarını vurur. Çünki onun fəaliyyətinə başqa ad vermək mümkün deyil. İnsan öz xalqına, dövlətinə nə qədər düşmən münasibət bəsləməlidir ki, onun gələcəyi olan təhsil sistemini bu qədər qəddarcasına məhv eləsin. Belə düşünmək olar ki, bu xanımlar qəsdən ölkədə təhsil sistemində narazılıqlar formalaşdırır, Dövlət başçısının, Mehriban xanımın bu sahədə atdığı addımları sabotaj etməklə məşğuldurlar. Bu əməllərin isə təbii ki, maddi maraqarla yanaşı siyasi maraqları da var. Vəzifədən uzaqlaşdırılan, heç bir səlahiyyəti olmayan birisi necə olur ki, hələ də paytaxtın təhsil sektorunu idarə edir? Məgər Bakının təhsil sitemini Vəliyevalardan başqa kimsə idarə etmək iqtidarında deyilmi? Hansı qüvvədir ki, bunları toxunulmaz edir, nazirlik içərisində nazirlik statusunda saxlayır ? Hətta bunların özgüvəni, arxayınlığı o həddədir ki, artıq direktor təyinatlarını kabinetlərdə yox, saunalarda, masaj salonlarında aparırlar. Dəniz mövsümü başa çatdığı üçün yəqin ki, yeni “hamam mövsümü”ndə təhsilimizin gələcək perspektivləri müzakirə olunacaq, Qəttəzə təyinatlar olunacaq. Bütün bunlar Azərbaycan təhsili adına təhqir deyilmi? Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi Vəliyevaların da yerini dəyişəndə heç nə dəyişmir. Ölkənin paytaxtında təhsil adına bazar açanları nədən heç kim durdura bilmir? Bəlkə Bakının təhsilini 5-ci kolona “arendaya” veriblər, xəbərimiz yoxdur.

Bu gün paytaxt məktəblərində qanunsuz təyinatlar, 65 yaş həddini keçənlərlə müqavilələrin uzadılması, büdcədən kənar daxil olan vəsaitlərin sərfiyyatında şəffaflığın gözlənilməməsi, məktəblərin təchizatında qiymətlərin reallığı əks etdirməməsi adi hal alıb. BŞTİ-də vətəndaşların qəbulu sadəcə təhqiramiz formada aparılır. Qəbul otağı olmasına baxmayaraq idarənin alimənsəbləri özlərinə zəhmət verib kimisə qəbul etmir. İstidə-soyuqda şikayətə gələnlər küçələrə səpələnir, yaxşı halda mühafizə aparan polislər tərəfindən yola verilir.

Bu gün paytaxtın təhsil sistemi Məhəbbət Vəliyevanın xeyir-duası, Mehriban Vəliyevanın rəhbərliyi, Fuad Babayevin “maklerliyi” (ifadə deputat Etibar Əliyevə məxsusdur) ilə məhv edilir. Göz görəsi Azərbaycan təhsilinə divan tutulur, 5-ci kolonun təxribatları reallaşdırılır. Amma…

Maraqlıdır ki, bütün bunları bu sahəyə bilavasitə cavabdeh olanların hamısı görməzdən gəlir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Deputat Etibar Əliyev və bir neçə təhsil ekspertinin dəfələrlə etdiyi çıxışlar, problemi işıqlandırmaları heç kimi narahat etmir. Sırf təhsil sektorunu kurasiya edənlər, cavabdeh olanlar deputatın, təhsil ekspertlərinin, geniş ictimaiyyətin dediklərinə heç bir reaksiya vermirlər. Milli Məclisin elm və təhsil komissiyası nədən həmkarlarının qaldırdığı problemlərə, səsləndirdiyi fikirlərə münasibət açıqlamır ? Prezident Aparatında bu sahəyə cavabdeh olanlar da «susmaq qızıldır» prinsipindən əl çəkmək fikrində deyillər.

Zamanında Ceyhun Bayramov tərəfindən təhsil sistemində yüksək vəzifələrə gətirilən, sonradan hörmətli Ceyhun müəllimin etimadını yerlə bir edən, müsbət reputasiyasına zərbə vuran vəliyevalar və onların komandası barədə tezliklə ciddi tədbirlər görülməzsə vəziyyət nəzarətdən çıxa bilər. Bütün fəaliyyəti ilə dövlətin təhsil siyasətini sabotaj edən, geniş ictimai narazılıq formalaşdıran, Azərbaycan təhsilini 5-ci kolonun təcrübə laboratoriyasına çevirən, Bakı məktəblərini böyük məhəbbətlə mehribancasına məhv edən qruplaşmaya qarşı ciddi tədbirlər görülməlidir. Mikayıl Cabbarova, Anar Ələkbərova müraciət edərək baş verənlərə təcili müdaxilə etmələrini, gələcəyimizi məhv etməyi hədəfləyən qruplaşmanın fəaliyyətinə son verilməsini təmin etmələrini xahiş edirik. Baş verənlərə susqunluq nümayiş etdirmək gələcəyimizə öz əlimizlə zərbə vurmağa bərabərdir. Biz hamımız övladlarımız-gələcəyimiz üçün narahatıq. Onların taleyi ilə oynayanları isə bu xalq, tarix bağışlamayacaq. //cumhuriyyet.net//
Text-to-Speech

DİNLƏ






Şərh yaz