Azərbaycanda təhsil sahəsində uzun illərdir ki, müxtəlif islahatlar aparılır. Millətin gələcəyi üçün vacib olan bu sahə hər bir vətəndaşı narahat edir. Elə bu səbəbdəndir ki, müxtəlif layihələr hazırlanır, təkliflər irəli sürülür. Şadam ki, Təhsil nazirliyində uğur qazanan layihələrdən birinin təklifini ilk dəfə mən irəli sürmüşəm, bu barədə Təhsil nazirliyinə müraciət ünvanlayaraq məqalələr yazmışam. Məktəblərdə tək I sininflər üçün deyil, ümumilikdə şagirdlərin qəbulu və yerdəyşməsinin elektronlaşdırılmasının vacibliyi barədə silsilə yazılar hazırlamışam və nazirliyə təqdim etmişəm. Hətta bu barədə həmin vaxt BŞTİ-nin şöbə müdiri vəzifəsində çalışan İ.Abdullayeva ilə (hazırda BŞTİ-də müavindir) iş otağında müzakirələr etmiş və mənim təkliflərimi yuxarı rəhbərliyə çatdırmağını xahiş etmişəm.
O zaman Məhəbbət Vəliyeva rəsmi olaraq bunun mümkünsüzlüyünü bildirmiş, yalnız Nazirlər Kabinetinin müvafiq qərarından sonra təklifin reallaşa biləcəyini söyləmişdi. Hiss edirdim ki, M.Vəliyeva təklifimin reallaşdırılmasına sanki soyuq münasibət bəsləyir, hətta buna yol vermək belə istəmir. Amma, üzərindən iki ay keçəndən sonra irəli sürdüyüm təklif həyata keçirildi. Və...M.Vəliyeva cəmiyyətə özünü bu layihənin müəllifi kimi təqdim etdi. Belə rəy formalaşdırıldı ki, bu sahədə görülən bütün işlərin müəllifi M.Vəliyevadır. O zaman nazir müavininin nədən mənim təklifimə soyuq münasibət bəslədiyi aydın oldu. M.Vəliyeva bilavasitə mənim ideyamı oğurlayaraq özününküləşdirdi. Sonradan isə bu sahəni tamamilə monopoliyaya alaraq özünün qazanc sahəsinə çevirdi. Təəssüf edirəm ki, təhsilin inkişafı, şagird qəbulu və yerdəyişməsində şəffaflığı təmin edəcək təklifim M.Vəliyeva tərəfindən oğurlandı və korrupsiya layihəsinə çevrildi. Bu gün təhsil sistemində ən bərbad vəziyyət məhz bu sahədədir. Çünki təklifin ideya müəllifi mən olsam da onu korrupsiyalaşdıran M.Vəliyeva bu sahəni alver predmetinə çevirib.
Ümumiyyətlə təhsilimizdə M.Vəliyevanın “silinməz izləri” yəqin ki,uzun müddət qalacaq. Paytaxtın bütün təhsil ocaqlarını nəzarəti altında saxlayan nazir müavini özünə yaxın kadrlar vasitəsilə bütün əməliyyatları həyata keçirir. Öz qızı Z.Əliyeva adına liseyin baş mühasibidir. Bu yolla liseyin bütün maliyyə əməliyatları sırf onun diktəsi ilə baş tutur. Aldığımız məlumatlara görə, M.Vəliyevanın kürəkəni radikal dini cərəyanlardan birinin üzvüdür və onlarla sıx əlaqədədir. Bu məsələ DTX tərəfindən araşdırılmalıdır. Yəqin ki, o zaman daha ciddi məqamlar üzə çıxacaq.
Zamanında ölkəmizdə güclü təşkilatlanan FETOçularla M.Vəliyeva sıx əlaqələr yaradaraq iş birliyinə nail olub. Belə ki, Qafqaz Universiteti, Araz kurslarnın, həmçinin rayonlarda fəaliyyət göstərən türk liseyləri (xüsusilə Qubada yerləşən türk liseyi) ilə iş birliyi yaradan M.Vəliyeva bu yolla FETOçuların yaxın müttəfiqinə çevrilir. Türkiyədə reallaşmayan FETO çevrilişindən sonra Azərbaycanda da onların dayaqları silkələndi, məktəbləri bağlanıldı. Belə bir zamanda M.Vəliyeva keçmiş müttəfiqliyə sadiq qalaraq bağlanan liseylərin,kursların şagirdlərini rəhbərlik etdiyi Z.Əliyeva adına liseydə yerləşdirməyə başlayır.
Rubrika.Az saytına verilən məlumatda bildirilir ki, bütün bu yerdəyişmələr ona külli miqdarada pullar qazandırır. Məhz bu əlaqələr sayəsində rəhbərlik etdiyi liseyin şagirdləri “Sabahin Alimləri” müsabiqəsində her il yerlər qazanırlar. Yer qazana bilməyənlər də FETOnun dəstəyi ve pulları ilə hər il Amerikaya gedirlər. M.Vəliyeva lisey direktorluğundan gedərkən Mehriban Vəliyevanı (böyük razılaşma məbləğində) 2014-cü ildə öz yerinə təyin etdirməyə müvəffəq olur.
Qeyd etdiyimiz kimi paytaxtın demək olar ki, bütün məktəbləri M.Vəliyevanın monopoliyasındadır. Tam nəzarət edə bilmədiyi sonuncu 20-yə yaxın məktəbi isə bu yaxınlarda keçmiş Təhsil naziri C.Bayramovu aldadaraq onun razılığı ilə direktorların dəyişdirilmək prosesi ilə «özününküləşdirdi”. Beləliklə paytaxtın ən nüfuzlu 20-yə yaxın təhsil ocaqlarının gələcək taleyinin üzərindən qara xətt çəkildi. Ümumiyyətlə təhsilimizdə M.Vəliyevanın “qara xətləri” kifayət qədərdir. Qaradan isə tünd rəng olmur!
Rubrika.Az