Axtarış...

İranda etirazçılar dövlət binalarına daxil oldu

İranda etirazçılar dövlət binalarına daxil oldu


Cənubi Azərbaycanın Məhabad şəhərində etiraza qalxan xalq İranın dövlət binalarına girib.

Kütləvi etirazlar ötən gün baş verən etirazların qurbanlarından biri olan İsmail Moloudinin dəfn mərasimindən sonra başlayıb.

Samko kimi tanınan İsmayıl Molodinin cənazəsi bu gün dəfn olunduqdan sonra Məhabadda hökumət əleyhinə şüarlar səsləndirilib. İnsanlar şəhərin qubernatorluğuna daxil olaraq, onu yandırıblar. Maliyyə idarəsinin də xalqın əlinə keçdiyi deyilir. İnsanlar yardım komitəsinə hücum edib. Etirazçılar SEPAH-a məxsus "Koroosh" mağazasını da yandırıblar.

Son məlumatlara görə, silahlı qüvvələr xalqa atəş açıb. Xəsarət alanların sayının çox olduğu bildirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz