Axtarış...

Eldar Mahmudovun adamı olduğu iddia edilən sahibkar keçmiş ortağını güllələtdirib? - 24 il əvvəl baş vermiş sui-qəsd

Eldar Mahmudovun adamı olduğu iddia edilən sahibkar keçmiş ortağını güllələtdirib? - 24 il əvvəl baş vermiş sui-qəsd


"Dəyirman Vahid” kimi tanınan iş adamı Vahid Həşimovun keçmiş ortağı Qərib İbadova qarşı iddiası təmin olunmayıb.

Millitv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Vahid Həşimov Sabunçu Rayon Məhkəməsində Qərib İbadova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İş adamı Qərib İbadovun ona böhtan atdığını bildirərək, keçmiş ortağının Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunaraq cəzalandırılmasını tələb edib.

Qərib İbadova qarşı 1998-ci ildə sui-qəsd təşkil edilib. O, ağız nahiyəsindən güllələnib. Qərib İbadovun iddiasına görə, sui-qəsd Vahid Həşimovun sifarişi ilə həyata keçirilib.

Vahid Həşimovun adı 2009-cu ildə gündəmə gəlib. Qərib İbadovun qardaşı Gülməmməd İbadov mediaya verdiyi açıqlamalarda bildirib ki, Vahid Həşimov onun qonşusu və dostu olub. Lakin sonradan müxtəlif üsullarla ona məxsus obyektləri ələ keçirib. Gülməmməd İbadov deyib ki, həmin vaxt Vahid Həşimovun Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili, 2005-ci ildə MTN-nin keçirdiyi "Qara Kəmər” əməliyyatı nəticəsində həbs edilən Hacı Məmmədovla yaxın əlaqəsi olub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra isə Gülməmməd İbadov Vahid Həşimovu onun adamı kimi təqdim edib.

Gülməmməd İbadov 2016-cı ildə verdiyi açıqlamarda deyib ki, Vahid Həşimovun qardaşı oğlu Tural Həşimov oğurlanandan sonra düşmənə çevriliblər. Bu hadisə 1997-ci ildə baş verib. Gülməmməd İbadovun sözlərinə görə, Vahid Həşimov bu cinayəti onun üzərinə yıxıb.

"Heç bir günahım olmadan 8 il həbsdə yatdım. Məni həbsə atdıran "Dəyirman” ləqəbli Vahid Həşimovla onun qardaşı Tofiq idi. Uzun illər yaxın qonşu, dost olmuşuq, şərikli biznesimiz olub. 1997-ci ildə Vahidin qardaşı oğlu Turalı oğurladılar. İki gün sonra isə məni həbs etdilər. İşgəncələrə dözməyib Ziya Bünyadovun qətlini boynuma götürməyə məcbur olsam da, uşaq oğurluğunu götürmədim. Bir müddət sonra Tural Həşimovun oğurluğunda əli olanların özlərini həbs etdilər.

Həbs edilənlərin hamısı ilə üzləşdirilmə keçirildi, cinayətdə əlimin olmadığı sübuta yetirildi. İttihamlar təsdiqini tapmayanda isə silah-sursatla, narkotiklə ittiham verdilər. Vahidin o vaxtlar Hacı Məmmədovla yaxın əlaqəsi vardı...

...Mən həbsdən çıxandan sonra əvvəlki münasibətlərin bərpa olunmasını istədi. Bizim iki obyektimizin əvəzinə Balakişiyev küçəsi, 23 və Məhsəti küçəsi, 9 ünvanda yerləşən obyektləri satıb pulunu verəcəyini dedi. Satdı, amma bizə pul vermədi. Onu Eldar Mahmudov himayə edirdi, deyirdi kimə istəyirsən, get şikayət elə, pulum da, adamım da var", deyə Gülməmməd İbadov bildirib.

Onun iddiasına görə, həbs ediləndən sonra Vahid Həşimov qardaşı Qərib İbadovu öldürtmək istəyib.

Vahid Həşimov isə Gülməmməd İbadovun dediklərini təkzib edib. O, mediaya açıqlamasında Gülməmməd İbadovun dələduz və narkotik aludəçisi olduğunu bildirib. Vahid Həşimov həmçinin qeyd edib ki, qardaşı oğlunun oğurlanmasında da Gülməmməd İbadovun rolu olub.
"Turalı oğurlayandan sonra qohum-qonşu gəlib bizə təsəlli verirdi. Gülməmmədlə küsülü olsaq və danışmasaq da, o da gəlib təsəlli verdi. Amma Gülməmməd bizə uşaq oğrularının nümayəndəsi kimi gəlmişdi. O, özünü apara bilmirdi, çox pis vəziyyətdə idi. Onun özünü itirdiyini görüb həyətə çıxardım. Dedim bəlkə bu işdə bizə kömək edəsən. Gülməmməd mənə deyəndə ki, bu işi kim edə bilər, başa düşdüm ki, onun da əli var. Bu məsələ ilə bağlı daxili işlər nazirinin o vaxtkı müavini, general Zahid Dünyamalıyevlə, 7-ci idarənin rəisi Ramiz Nağıyevlə və Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirovla məsləhətləşdim. Onlar demişdi ki, bu işdə Gülməmmədin əli var və ondan bərk yapışmaq lazımdır. Biz də Gülməmməddən yapışıb uşağı adam oğrularından aldıq. Gülməmməd kimdir ki, məndən pul alır, aparıb oğrulara verir? Hələ 1992-ci ildə Gülməmməd mənə demişdi ki, səni vurmaq istəyirlər. Mənsə bilirdim ki, o, yalan danışır, dələduzdur. Qardaşım oğlunu məktəbin qabağından oğurlamışdılar. O zaman general Dünyamalıyevin göstərişi ilə hərəkət edirdim. Gülməmməd Turalı oğurlayanlarla əlaqəli idi. Uşağı oğurlayanlar da qonşularımız olub. Onların biri hələ də axtarışdadır. Gülməmmədin bu işdə əlinin olmasını sonradan türmədə ölən bir nəfər demişdi. Uşağın azadlığı üçün Gülməmmədə 222 min dollar vermişdim. O isə bu pulun üstündən 20 min dollar götürmüşdü. Bu da onun adam oğruları ilə əlbir olmasını göstərir”, Vahid Həşimov deyib.

Vahid Həşimovun ittihamları təkzib etməsinə baxmayaraq, İbadov qardaşları onunla bağlı şikayətlərini davam etdirib. Hətta Qərib İbadov verdiyi açıqlamada Vahid Həşimovu qətldə ittiham edib. Onun iddiasına görə, sui-qəsd baş tutmadığına görə, Ramiz Nadirov adlı killer də aradan götürülüb.

Vahid Həşimov Qərib İbadovun bu iddiaları ilə bağlı məhkəməyə müraciət edib. İddiaya hakim Nigar İmanovun sədrliyi ilə baxılıb.

Məhkəmə qərara gəlib ki, Qərib İbadovun iddialarında böhtan, şərəf və ləyaqətin alçadılması yoxdur. "Qərib İbadovun niyyəti Vahid Həşimovun şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq deyil, uzun illərdir həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur”, deyə məhkəmə hökmündə qeyd edilir. Beləliklə, məhkəmə Qərib İbadova əməlində cinayət tərkibi olmadığını müəyyən edərək ona bəraət verib.

Onu da qeyd edək ki, Vahid Həşimovun hazırda ölkədə olmadığı bildirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
  • Jan
  • : 08:21
    • Нравится
    • 0
Howdy, I believe your site could be having internet browser compatibility issues.
Whenever I take a look at your site in Safari, it looks fine however, when opening in Internet
Explorer, it's got some overlapping issues. I merely
wanted to provide you with a quick heads up!
Aside from that, fantastic website!

my website [url=https://mooc.elte.hu/eportfolios/1493398/Home/How_you_can_Play_Chess_8_Steps_To_Get_You_Started]m[/url]