Axtarış...

Lukaşenko özünə və övladlarına sui-qəsd hazırlayan qrupunun yaxalandığını elan edib

Lukaşenko özünə və övladlarına sui-qəsd hazırlayan qrupunun yaxalandığını elan edib


Belarus prezidenti Aleksandr Lukaşenko özünə və övladlarına sui-qəsd hazırlayan qrupunun üzvlərinin yaxalandığını bildirib.

A.Lukaşenkonun açıqlaması “BelTA” agentliyinin “Telegram” kanalında yayımlanıb.

Belarus prezidenti qeyd edib ki, bu qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəli olublar.

“Biz qrupu yaxaladıq, onlar bunların hamısın necə planlaşdırdıqlarını göstərdilər. Sonra biz xarici xüsusi xidmət orqanlarının izini aşkarladıq, ehtimal ki, MKİ və FTB.. orada amerikalılardan kimin işlədiyini bilmirəm. Biz onların Minskə gəlmək, prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, - deyə A.Lukaşenko vurğulayıb.

A. Lukaşenko hesab edir ki, ABŞ-ın ən yüksək siyasi rəhbərliyi ona qarşı sui-qəsd təşkil etmək üçün xüsusi sanksiya verib.

Belarus Prezidenti Rusiya prezidenti Vladimir Putinin Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanları tərəfindən onun həyatına qəsd hazırlanması məsələsini qaldırdığını söyləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz