Axtarış...

Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

“Mən AMEA-nın prezidenti Ramiz Mehdiyevi yox, akademik Qərib Məmmədovu və fəaliyyətində yol verdiyi saxtakarlığa görə polis orqanlarından xaric edilmiş Rasim Ağasıyevi məhkəməyə vermişəm. Təəssüf ki, bu fakt media orqanlarında təhrif edilərək, mənim guya AMEA prezidentini məhkəməyə verdiyim iddia olunur”.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, məlumatda məhkəmə şikayətinin məğzində də təhrifə yol verilib. Belə ki, o, bülletendə olduğu halda işdən uzaqlaşdırılmasına görə yox, bu qərarın qanunsuz imzalanmasına görə məhkəməyə müraciət etməli olub: “O başqa məsələdir ki, AMEA rəhbərliyi bu qanunsuz qərarını mənim iştirakımı təmin etmədən və xəstəliyimə görə bülletendə olduğum zaman imzalayıb. Dolayısıyla mahiyyət etibarilə qanunsuz bir qərar prosedur qaydalarına da əməl edilmədən verilib”.
Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Məhkəmənin fevral ayının 27-də keçiriləcəyini bildirən övsət Quliyev öz hüquqları uğrunda sonuna qədər mübarizə aparacağını bildirib.

Qərarı imzalayan şəxs AMEA-nın prezidenti olduğu halda niyə başqalarından şikayət etdiyinə aydınlıq gətirən Əlövsət müəllim bildirib ki, Ramiz Mehdiyevin beynini Qərib Məmmədovla Rasim Ağasıyev doldurub. Ona görə də əsl günahkar məhz bu ikisidir.

AMEA-dakı etibarlı mənbələrdən aldığımız məlumata görə, Əlövsət Quliyev iki ay əvvəl Ramiz Mehdiyevin əmrinə əsasən, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə akademik Qərib Məmmədov təyin olunub.

İddialara görə, Qərib Məmmədov uzun illər (2004-2015) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsini icra edib. Fəaliyyətində yol verdiyi ciddi nöqsanlara və korrupsiya əməllərinə görə, həmin komitə 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamıyla ümumiyyətlə ləğv olunub.
Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Maraqlıdır ki, adı torpaqların qeyri-qanuni satılmasında hallanan Qərib Məmmədov üzərindən 6 il keçdikdən sonra AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru təyin olunur. Bunun üçün isə akademiyada halal zəhmətilə tanınan, bir sıra uğurlu layihələrin müəllifi və müxtəlif mükafatların laureatı olan Əlövsət Quliyev işdən uzaqlaşdırılır.

Mənbəmizin bildirdiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi rayonlardakı şöbələrinin rəhbərləri barədə artıq cinayət işi açılıb. İddialara inansaq, Komitənin fəaliyyətinin araşdırılması zamanı Qərib Məmmədovun da başı ağrıya bilər. Belə bir insanın AMEA-nın institutlarından birinə direktor təyin olunmasının əsas səbəblərindən biri də, görünür, toxunulmazlıq statusu qazanmaqdır.
Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Əlövsət Quliyevin məhkəməyə şikayət etdiyi Rasim Ağasıyevə gəlincə, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq təminatı şöbəsinin rəhbəri olan bu şəxs sözügedən elm ocağının repressiya aləti kimi tanınır. Həqiqi elm adamlarının başı üstündə Demokl qılıncı kimi əsən Rasim Məmmədovun öz keçmişi barədə müxtəlif söz-söhbətlər dolaşır. Mənbələrimizdən əldə etdiyimiz bəzi sənədlər də iddiaları doğrulayır. Məsələn, Azərbaycan DİN-nin Bakı şəhər Polis İdarəsinin bir sorğuya verdiyi cavab məktubuna görə, Rasim Ağasıyev polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə 1999-cu ildə işdən uzaqlaşdırılıb. Maraqlıdır ki, Qərib Məmmədov kimi o da işsiz qalmayıb və AMEA Rəyasət Heyətinin Hüquq və Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nın rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Mənbəmizin onu da bildirir ki, Rasim Ağasıyev AMEA-nın bundan əvvəlki prezidenti Akif Əlizadə tərəfindən də işdən kənarlaşdırılmışdı. Ramiz Mehdiyevin yeni vəzifəyə təyin olunan kimi ilk qərarlarından biri isə qanunsuz əməllərinə görə qovalanmadığı yer qalmayan Rasim müəllimi yenidən işə bərpa etmək olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz