Axtarış...

Zümrüd Yağmur HƏBS OLUNA BİLƏR - Ona qarşı İDDİA QALDIRILIB

Zümrüd Yağmur HƏBS OLUNA BİLƏR - Ona qarşı İDDİA QALDIRILIB


Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) məhkəməyə verilib.

Millitv.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Zümrüd Yağmur Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Xüsusi ittiham qaydasında şikayət Abşeron Rayon Məhkəməsinə daxil olub. İş hakim Vaqif Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Əgər Zümrüd Yağmurun ittiham olunduğu cinayət əməli sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz