Redaksiyamıza yazan Saatlı sakinləri iddia edir ki, onların rayonlarnda 23 dekabrda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinin nə qanunlara, nə də seçki mədəniyyətinə aidiyyatı olmayacaq.
Sakinlər dia.az-a yazır: "Nazim müəllim (icra başçısı nəzərdə tutulur - red.) Saatlıda təzə başçı hesab olunsa da, bu işin köhnə peşəkarlarındandır. Sabirabadda başçı olarkən neçə belə seçkini yola verib. BU seçkilər də köhnələrdən fərqlənməcək. Artıq indidən kim qalib olacağını yaxşı bilir".
Sakinlər dia.az-a müraciətlərində qeyd edirlər ki, indidən seçkilərin saxtalaşdırılmasında iştirak edəcək onbaşılar, yüzbaşılar da müəyyən olunub: "Əvvəlki kimi "karusel" əməliyyatına hazırlıq gedir. Buna görə də kiminsə seçkiyə inamı qalmayıb.
Halbuki dövlət rəhbərliyinin apardığı siyasət hər kəsdə inam yaratmışdı. Amma Nazim İsmayılov kimi məmurlar hamının ümidini qırır. İndidən deyə bilərik ki, elə parlament seçkilərində də eyni şoular göstəriləcək".
İddia olunanarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
dia.az