Axtarış...

BƏƏ Türkiyə ilə dron tədarükü üçün danışıqlar aparır

BƏƏ Türkiyə ilə dron tədarükü üçün danışıqlar aparır


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin Baykar şirkəti ilə 120-yə qədər Bayraktar TB2 pilotsuz döyüş aparatının (PUA) tədarükü üçün danışıqlar aparır.

Bu barədə Middle East Eye danışıqlardan xəbərdar mənbələrə istinadən məlumat yayıb.

Hesabatda deyilir ki, potensial sövdələşmə silah-sursat, komanda məntəqələri, komanda və idarəetmə mərkəzləri və təlimlərlə birlikdə təxminən 2 milyard dollar dəyərində ola bilər. Baykar ilə BƏƏ-nin Tawazun Silah Satınalma Agentliyi daxilində dövlət şirkətləri arasında danışıqlar mart ayından bəri davam edir. Danışıqlar Türkiyə və BƏƏ-nin illərdir davam edən fikir ayrılıqlarından sonra iqtisadi körpülər qurmağa çalışdığı bir vaxta təsadüf edir. Müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq iki ölkə liderlərinin son qarşılıqlı səfərləri ilə yadda qalıb. Prezident Rəcəb Tayyib Ərdoğan BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın noyabrın sonunda Ankaraya səfərindən sonra fevralın ortalarında BƏƏ-yə cavab səfəri edib.İddia olunur ki, pilotsuz təyyarə ilə bağlı razılaşma əldə olunarsa, TB2-nin bəzi komponentlərinin Baykarın BƏƏ zavodunda istehsal oluna biləcəyi iddia edilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz