Axtarış...

Neft ölkələri nə qədər DAVAM GƏTİRƏCƏK? - TƏHLİL


Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə əlaqədar yeni iqtisadi müharibəyə başlayıb. Bəs, neftə əsaslanan iqtisadiyyatlar ucuzlaşan qiymətlərə nə qədər dözə bilər?

Millitv.az "azərtac"a istinadən xəbər verir ki, koronavirusun təsiri səbəbindən neftə tələbatın azalmasının qiymətə aşağı istiqamətli təsir göstərməsindən sonra istehsalın azaldılması barədə qərar qəbul etmək üçün toplaşan “OPEC+” ölkələri birgə razılığa gələ bilmədi. Ardınca isə Rusiya və Səudiyyə Ərəbistanı qiymət endirimi müharibəsinə başladı.
ƏTRAFLI
Raffle Tower
İqtisadi güc baxımından hər iki ölkənin bu müharibəni uzun müddət kompensasiya etmək imkanı var. Lakin bu müharibənin nəticələri nisbətən kiçik və neftdən asılı Körfəz ölkələrində daha ciddi hiss ediləcək.

Öz aralarında iqtisadi cəhətdən parçalanan Körfəz ölkələrinin dəyişən qiymətlərdən müxtəlif dərəcədə təsirlənəcəyi və bazar paylarını itirməməyə çalışarkən həmin ölkələrin büdcə tarazlığının pozulması da mümkündür.

Neft qiymətlərinin büdcə balansına təsirinə nəzər yetirdikdə Küveyt və Qətər qiymət dəyişkənliyində həssas ölkələr kimi fərqlənir. 2008-ci ildəki maliyyə böhranından sonra bu iki ölkənin neftin qiymətinin düşməsi ilə əlaqədar büdcə tarazlığının əhəmiyyətli dərəcədə sarsıldığı müşahidə edilmişdi.

Qətərin neftdən asılılığı Körfəz standartlarında qəbul olunan səviyyədədir. Küveytin neftdən asılılığı isə digər Körfəz ölkələri ilə müqayisədə aşağıdır. Lakin Küveyt iqtisadiyyatı miqyas baxımından daha kiçik iqtisadiyyat olduğundan, neft qiymətlərinə həssaslığı nisbətən yüksəkdir.

Bu ölkələrin qeyri-neft sektoru üzrə gəlirlərinin büdcəki payı belədir: Qətər 17,8 faiz, Küveyt 35,6 faiz. Başqa sözlə, Qətər büdcə gəlirlərində 82,2 faiz neftdən asılı olduğu halda, Küveytdə bu nisbət 64,4 faiz təşkil edir. Büdcəni tarazlaşdırmaq üçün neftin bir barrelinin baza qiyməti isə Qətərdə 43 dollar, Küveytdə 48 dollardır. Neft qiymətləri bu baza qiymətindən aşağı düşdükdə, bu ölkələrin büdcə tarazlığı mənfi istiqamətə keçməyə başlayır.

Küveyt bazar payını artırmaq üçün qiymətləri azaltsa da, bunun nə qədər davam edəcəyi sual altındadır. Qətər isə əksinə, Körfəzdə siyasi və iqtisadi cəhətdən mücərrəd bir ölkədir və həmin təsirləri bu proseslər fonunda da hiss edəcək.

Qiymət qarşıdurması ən çox Bəhreynə təsir edəcək

Körfəzdə neftin qiymətinin enməsindən ən çox təsirlənən ölkə neft gəlirlərindən asılılığına və bu miqyasın fərqinə görə Bəhreyn olacaq. Qiymətin yüksək olduğu dövrlərdə də, büdcə balansını müsbət səviyyədə tutmaqda çətinlik çəkən Bəhreyn qiymətlər düşdükcə büdcəyə nəzarəti itirə bilər.

Bəhreynin qeyri-neft gəlirlərinin büdcədəki payı cəmi 6,8 faiz təşkil edir ki, bu da ölkə iqtisadiyyatın neftdən nə dərəcədə asılı olduğunu göstərir. Bəhreynin büdcə balansını təmin etmək üçün istehsal etdiyi nefti 84 dollardan satmalıdır. Bu da öz neftini 138 dollara satmalı olan İran istisna olmaqla, Körfəz ölkələrində ən yüksək göstəricidir. Bütün bunlar nəzərə alındıqda Bəhreyn bu qiymət qarşıdurmasından ən çox təsirlənən Körfəz ölkəsi olacaq.

Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında iqtisadi vəziyyət oxşardır

Bu 3 ölkənin neftlə bağlı iqtisadi strukturu bir-birinə bənzəyir. Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının büdcəsinin neft qiymətindəki dəyişkənlikdən təsirlənmə nisbəti bir-birinə yaxındır və fərq elə də böyük səviyyədə deyil. Bu ölkələrin neft gəlirlərindən yüksək asılı olmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iqtisadi miqyasına görə aşağı qiymətlərə həssaslığı daha azdır.

Büdcə balansını qorumaq üçün neftin bir barreli üzrə baza qiyməti Səudiyyə Ərəbistanı və Omanda 77 dollar, BƏƏ-də isə 62 dollardır. Bu ölkələr nefti Rusiya görə daha ucuz qiymətə çıxarsalar da, iqtisadiyyatları neftə əsaslandığından büdcə balansını təmin edəcək neftin satış qiymətləri daha yüksəkdir.

Qeyri-neft büdcə gəlirləri təhlil edildikdə, bu ölkələr arasındakı fərq elə də çox deyil. Səudiyyə Ərəbistanının büdcə gəlirlərində qeyri-neft məhsullarının payı 17,8 faiz olduğu halda, Omanda bu nisbət 14,9 faiz, BƏƏ-də isə 13,7 faiz təşkil edir.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin iqtisadiyyatları uzunmüddətli neft müharibəsi fonunda demək olar ki, eyni nisbətdə təsir görəcək. Ancaq qiymətlər uzun müddət bu səviyyələrdə qalarsa, büdcə balansını təmin etmək üçün üçün müxtəlif iqtisadi tədbirlər görmək lazım gələcək.

Digər tərəfdən, iqtisadi böyüklüyünün nisbətən kiçik olması səbəbindən Oman qiymətlərin aşağı düşməsinin iqtisadiyyatına təsirini daha ciddi hiss edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz