“Azəriqaz” yenə mənzillərdə texniki baxış adı ilə yoxlamalara başlayır. TİA.Az xəbər verir ki, hər il bu haqda bildiriş paylanır və baxış, keçirilməsi üçün mənzil sahiblərindən buna şərait yaradılması istənilir. Xüsusən “Azəriqaz”ın Sabunçu şöbəsi hər il bu həvəsə düşür. İndisə Bakı Regional Qaz satışı departamenti sayğaclara texniki baxışı həyata keçirir. Halbuki heç bir səbəb olmadan texniki baxış olur. Əksər mənzillərdə isə mətbəxin yerinin dəyişdirilməsi bəhanə gətirilərək ev sahiblərini rüşvət verməyə təhrik edirlər. Əslində, illərdir mənzilində təhlükəsiz yaşayan, heç bir qaz sızması qeydə alınmayan sakinlərə qarşı həmlə etməkdən başqa bir kampaniya deyil. Qurum indi də Bakıxanov qəsəbəsində texniki baxış həyata keçirməyə hazırlaşır. Sakinlər hər il eyni halın təkrarlanmasından təngə gəliblər.