Axtarış...

Yevlax MERO ilə bağlı şikayətə rəsmi MÜNASİBƏT

Yevlax MERO ilə bağlı şikayətə rəsmi MÜNASİBƏT
Ucar sakini Babayev Familin Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşı Elşən Süleymanov haqqında səsləndirdiyi fikirləri dərc etmişdik. O bildirir ki, Elşən Süleymanov bu vəzifəyə rəis təyin ediləndən sonra avtomobillərin texniki baxışı rüsumundan 5 dəfə artıq qiymətə qaldırılb, hətta avtomobilləri şikayətçi qeyd edir ki, avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçmədən texniki baxış sənədi də almaq olur.

Bu gün regionnews.az-ın redaksiyasına Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi polis polkovnik leytenantı Namidan Piriyev zəng edərək bildirib ki, Famil Babayevin səsləndirdiyi fikirlər tamamilə əsassızdır, heç bir həqiqətə uyğun deyil:

"Qərəzli məlumatlar danışıb, şikayətində adıçəkilən əməkdaş haqqında etik normalara uyğun olmayan ifadələr işlədib. Buna görə də E.Süleymanov haqqında şər-böhtan xarakterli məlumatlara görə, həm də şərəf və ləyaqətinə ləkə gətirən ifadələrə görə, Famil Babayevi məhkəməyə verəcək".
Text-to-Speech

DİNLƏ






Şərh yaz