Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda verilən texniki baxış “sənədləri” Ermənistan ərazisində etibarsız hesab olunub.
Millitv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə erməni siyasətçi Alen Qulyan bildirib.
Onun sözlərinə görə, Xankəndidəki separatçıların verdiyi “texniki yoxlama qəbzləri” Ermənistan ərazisində keçmir. “Qarabağdan gəlmiş avtomobillər Ermənistan polisi tərəfindən saxlanılır və sürücüləri etibarsız texniki baxış qəbzinə görə, cərimələyirlər. Qarabağda qeydiyyatda olan nəqliyyat vasitəsinin müəyyən edilməsinə əhəmiyyət verməyən sürücülər, həmin müddət ərzində Artsaxda texniki baxışdan keçiblər”.