Yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması. Kütləvi sayğac dəyişikliyindən sonra ən çox ünvanlanan bu müraciətlərə abonentlər sabahdan etibarən daha bir xidmət sahəsində cavab tapa biləcək.
DİA.AZ xəbər verir ki, iyulun 25-dən başlamaqla Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yuxarıda qeyd edilən məsələlərlə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.