Axtarış...

Şeirlərdən çələng hörən poeziya aşıqi

Şeirlərdən çələng hörən poeziya aşıqi
1994-ilin soyuq yanvarı idi. Uşaqlar qış tətilinə çıxmışdılar. Mən “Qarabağ” qəzetinin əməkdaşı Eyvaz müəllimin təsisçisi olduğu “Tale” qazetində yenicə işə başlamışdım. Elə həmin redaksiyada mənə də bir masa ayırmışdılar. “Qarabağ” qəzetinin kollektivi olduqca mehriban, ürəyiaçıq, səmimi və xeyirxah insanlar idi. Xüsusilə Zəkurə adlı qız mənə qarşı çox diqqətli və qayğıkeş idi. Bilmədiklərimi öyrədir, yol göstərir, hətta bəzən evdən yemək gətirməyi unudanda belə öz naharını mənimlə bölüşürdü. Odur ki, gəldiyim ilk gündən bu insanlara qaynayıb qarışdım və özümü burada əsla yad hiss etmədim. Bir gün əlimizdə qələm- kağız,(o vaxtlar komputer filan yox idi)qəzet üçün material hazırlayırdıq. Birdən qapı döyüldü və içəri ucaboy, şacları bəyazlamış, mehriban simalı bir adam girdi. Salam verib hal-əhval tutdu:” Zəkurə, bizim qız xəstələnib işə gəlməyib, bəlkə isti çayın ola?” deyə ərklə soruşdu.Şeirlərdən çələng hörən poeziya aşıqi Zəkurə ona əyləşməyi təklif edib təzəcə dəmlədiyi pürrəngi çaya qonaq etdi. Mən isə beynimi ələk-vələk edib bu adamı hardan tanıdığımı yadıma salmağa çalışırdım. Zəkurənin Şahmar müəllim deyə müraciət etdiyi kisi mənə sarı dönərək "deyəsən qızımız təzə gəlib” dedi. Zəkurə məni ona təqdim edti:” Şahmar müəllim, Nazilə xanım sizin həmişə gözəl insan və sənətkar deyib təriflədiyiniz xalq rəssamı Qəzənfər Xalıqovun bacısı nəvəsidir. Mən bu arada onun kim olduğunu xatırladım. Televiziyadan tanıdığım bu insan məktəb tədbirlərində sevə- sevə söylədiyim bir çox gözəl şeirlərin müəllifi Şahmar Əkbərzadə idi. Bu böyük şairin sadəliyi və səmimilyyəti mənə olduqca xoş əsir bağışladı. Şahmar müəllim məni tanıdığına məmnun olduğunu bildirdi və Zəkurə ilə məni vaxt tapan kimi “Mədəniyyət” qəzetinin redaksiyasına qonaq dəvət elədi. (Hər iki redaksiya ikinci mərtəbədə yerləşirdi.)Sonralar biz orda tez-tez olur, onun yeni şerlərini dinləyir, dadlı şirniyyatlara qonaq olurduq. (Onun özü isə bu konfet və şirniyyatları dilinə də vurmaz, çayı adi qəndlə içərdi.) Müxtəlif mövzularda maraqlı söhbətlər edər, dayımla tanış olduğu gündən söz açar, onu kübar bir insan olaraq tanıdığını, Nizami Gəncəvinin portretini möhtəşəm yaratdığını deyərdi. İllər keçdi və mən 1998-ci ildə başqa qəzetə keçməyimlə əlaqədar nəşriyyatdan ayrıldım. Şeirlərdən çələng hörən poeziya aşıqiŞahmar müəllimi bir daha görmədim. 2 il sonra duyğusal misraları, düşündürücü seirləri ilə insanların sevgisini qazanmış, Azərbaycan poeziyasında mükəmməl əsərlər yaratmış, öz dəst-xətti olan Şahmar Əkbərzadənin vəfat etməsi xəbərini aldım, çox üzüldüm. Çalışdığım qəzetdə ailəsinə və yaxınlarına başsağlığı elanı verdim. Dünən gecə təqvimə baxarkən birdən- birə Şahmar müəllimi xatırladım. Yadıma düşdü ki, 30 avqust onun anım günüdür. Yəqin ki, gənc nəslin nümayəndələri arasında gözəl serlər müəllifi, öz yazıları və unudulmaz poeziya nümunələri ilə keçmiş İttifaqda da sevilən və serləri əksər tədbirlərdə səsləndirilən Şahmar Əkbərzadəni tanımayanlar ola bilər. Odur ki, gənc oxucularımıza onun haqqında bir qədər ətraflı məlumat vermək istəyirəm. Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə təhsilini başa vurub. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olaraq, 1960-cı ildə Rus dili müəllimi ixtisası ilə məzun olub. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyir, 1968-ci ildə Bakıya köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışır. Şeirlərdən çələng hörən poeziya aşıqi"Kommunist" qəzetində müxbir və şöbə müdiri olur.1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edərək ömrünün sonunadək qəzetin baş redaktoru olub. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakıda dünyasını dəyişib. Bu vaxtsız ölüm onu sevənlərinə unutdurmağı bacarmadı. Rənə də garəng mövzuları əhatə edən Şahmar Əkbərzadə poeziyası milli və bəşəri keyfiyyətlərə malik olmaqla hər zaman yüksək diqqətə layiq oldu. Onun yaradıcılığına bu gün də bəstəkarlar, ədəbi qiraət sənətkarları tez-tez müraciət edirlər. 10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olundu. Adına ədəbi mükafat təyin edildi. Poeziya aləmində öz sözü olan, fərqlənən qələm sahiblərinə bu mükafat təqdim edilir. Bu gün onun serlərinə bəstələnmiş mahnıları zövqlə dinləyir, sözlərin sənətkarlıqla seçilməsiniə hələ də heyrətlənirik. Şeirlərinin mövzusu illər keçsə də öz aktuallğını itirmir və şeirləri bu gün də böyük maraqla oxunur. Vətənpərvər, işğal ağrısını ürəyində daşıyan bir ziyalı idi. Şeirlərdən çələng hörən poeziya aşıqiNə yazıq ki, həsrətlə gözlədiyi Zəfər gününü görə bilmədi. Bircə təsəllimiz budur ki, torpaqlarımızın düşməndən geri alındığını görməyən minlərlə qarabağlı kimi Şahmar Əkbərzadənin də nigaran ruhu rahatlıq tapıb.

Şeirlərindən nümunələr

Qarabağsız Qarabağlı

Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən.
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına.
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına.

Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən.
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin.
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin.

Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı.
“Leş bir yana, baş bir yana” -deyirdin,
Qalağa vurduğun qardaş başıydı.

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı.
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları.

Şah babam Xətai, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən.
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən.

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən.
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən.

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan.
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan!

ÜŞÜDÜ

Sənsiz salamımı almadı dağlar,
Həmdəmim, həyanım olmadı dağlar,
Elə köks ötürdü gülgəz yaylaqlar
Yamaclar üşüdü, qaşlar üşüdü.

Məni sənsiz görüb süsən saraldı,
Nərgiz pörşələndi, lalə qaraldı,
Göyü bulud basdı, yeri qar aldı,
Dərələr ah çəkdi, döşlər üşüdü.

Məni sənsiz görüb ürpəşdi otlar
Əsdi titim-titim titrəşdi otlar,
Bəyaz yaylığını sıxdı buludlar,
Məni sənsiz görüb quşlar üşüdü.

Üzümə baxmadı gədiklər, gülüm,
Mələşdi talada əliklər, gülüm,
Elə oxudu ki, kəkliklər, gülüm,
Qayalar səksəndi, daşlar üşüdü.

Məni sənsiz görüb çağladı bulaq,
Könlümü min yerdən dağladı bulaq,
Körpə cüyür kimi ağladı bulaq,
Gözümün içində yaşlar üşüdü.



Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz