Axtarış...

Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisə

Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisə
Aron qıpçaq türküdür və Moskvada yaşayır. Paranormal mövzular üzrə araşdırmaçı, ufoloq alimdir. Güclü hissiyyata malik bu gəncin qeri-adi qabiliyətləri var. Bir neçə xarici dildə sərbəst danışır, geniş intelektə və zəngin mütaliə mədəniyyətinə malikdir. Qalaktikamız haqqında adi adamların bilmədiyi çox sirlərə malikdir. Mənə işi ilə bağlı öyrəndiyi qeyri -adi hadisələr barədə danışdıqlarını bədiiləşdirərək hekəyə formasına saldım. Yazdığım bu ilk hadisə isə Araz adlı oğlanın başına gəlib.
-Mən bir çox yerdə baş verən müəmmalı hadisələri araşdırmaq üçün tez-tez müxtəlif ölkələrə səfər edirəm. Bir neçə il əvvəl Estoniyada olanda Araz adlı bir soydaşımızla tanış oldum. Mənim hansı sahədə çalışdığımı öyrənəndən sonra vaxtilə başına gələn sirli bir hadisədən söz açdı və bildirdi ki, həmin hadisə 70-ci illərin ortalarında baş verib. Araz Cəbrayıl rayonundan idi. Kəndlərinin adını isə təəssüf ki, unutmuşam. Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisəAraz danışdı ki, hələ məktəbdə oxuyanda Səriyyə adlı bir qızı sevib. Qız da ona biganə qalmayıb. Tezliklə bir-birlərinə çox bağlanıblar. Məktəbi qurtarandan sonra qarşılıqlı söz verib, əhd-peyman bağlayıblar. İş elə gətirib ki, Araz pul qazanmaq və qayıdıb toy etmək üçün kəndi tərk edərək Estoniyaya yollanıb. Yola düşməmişdən qabaq kəndin kənarındakı qoşa palıd ağacının yanında, köhnə görüş yerində bir araya gəlib bir-birinə sadiq qalacaqlarına söz verirlər. Araz Estoniyada yaxşı bir iş tapıb çalışmağa başlayır. Heç bir il ötməmiş oğlan atası yüksək vəzifədə işləyən gözəl bir eston qızı ilə tanış olub evlənir. Bu hadisənin üstündən 7-8 il ötür. Araz yayda məzuniyyət götürüb Azərbaycana dönür. Bakıya çatanda yubanmadan taksi kirayələyib kəndlərinə yola düşür.Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisə Qoşa palıd ağaclarının yanına çatanda sürücüyə kəndə piyada gedəcəyini deyib onu yola salır. Palıd ağaclararının kölgəsində oturub xəyala dalır, Səriyyəni, ona verdiyi sözü xatırlayır. Başını yuxarı qaldırıb ətrafa baxanda kəndin evlərinin bir anda sıx dumanda görünməz olduğuna heyrətlənir. Və birdən keçmiş sevgilisi Səriyyəni qarşısında görür. Vaxtilə çox sevdiyi qız aradan keçən uzun illər ərzində heç dəyişməmişdi. Elə bil son görüşlərindən illər yox , cəmi bir gün keçmişdi. O, başını aşağı salaraq qızdan üzr istəyir:” Bağışla mən sənə vəfasız çıxdım, utandığımdan üzünə baxmağa belə cəsarətim yoxdur. “ Qız gülümsəyib ona təsəlli verir:”Eybi yoxdur, mən artıq səni bağışlamışam. Dünyanın işidir, insanın başına hər şey gələ bilər. Sənin yanına da başqa iş üçün gəlmişəm. Sabah əmim oğıunun toyudur. Amma çox kasıb və imkansız olduğu üçün toyla bağlı xeyli xərcə düşüb. Bu borcları necə ödəyəcəyini belə bilmir. Ona görə də bu sevincli günündə kədərə qərq olub. Sən imkanlı adamsan, ona kömək edə edə bilərsən?” Araz Səriyyəyə söz verir ki, xahişini yerinə yetirəcək. Səriyyə sağollaşıb ayrılır. Araz kəndə baxanda dumanın çəkildiyini görür. Səhəri gün geyinib keçinib toya gedir. Lakin nə qədər baxsa da qonaqların arasında Səriyyəni görə bilmir. Dost-tanışla görüşəndən sonra qızın qardaşından onu soruşur.Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisə Oğlan təəccüblə onun üzənə baxıb deyir:”Sənin xəbərin yoxdur? Biz ki, sənə yazmışdıq. Səriyyə 7 il bundan əvvəl ilan sancmasından dünyasını dəyişib.” Arazın rəngi ağarır və əlləri əsməyə başlayır. Adamlar onun belə möhkəm sarsılmasını Səriyyəni çox sevməsi ilə əlaqələndirirlər. O, Səriyyə ilə görüşü barədə heç kimə bir kəlmə demir. Desəydi belə ona heç kim inanmayacaqdı. Səhəri gün Araz Səriyyənin xahisini yerinə yetirib təcili Estoniyaya geri qayıdır. Amma bu sirri uzun illər qəlbində gəzdirərək heç kimə açmır. Rubrika: Nələr olur bu dünyada... Arazın başına gələn ağlasığmaz hadisəİlk dəfə bu əhvalatı mənə danışaraq yüngüllük tapdığını dedi. Onun danışdıqlarına inandığımı görəndə isə təəccübünü gizlətmədi. Axı mən onu dəli hesab etməmişdim. Amma bu əhvəlatın səbəbini, ölmüş qızın ruhunun onunla necə görüşüb danışa bildiyini elmi şəkildə izah edə bilmədim. Çünki elmin də qarşısnda aciz qaldığı çox seylər var.

Ardı var

Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz