Axtarış...

“Qara gün” üçün pul yığırdıq, həmin "qara gün” gəlib çatıb" - Araz Ağalarov

“Qara gün” üçün pul yığırdıq, həmin "qara gün” gəlib çatıb" - Araz Ağalarov


“Qara gün” üçün pul yığdığımızı deyirdik, budur həmin "qara gün” gəlib çatıb.

Bu barədə azərbaycanlı biznesmen Araz Ağalarov “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.

Ağalarov sanksiyalarla vəziyyətin necə olacağına dair verilən suala cavab olaraq ilk növbədə müəssisələrin xərclərinin sıfıra endirilməli olduğunu söyləyib:

“Altı aylıq vergi tətili, həmçinin borclar, gömrük rüsumlarının ödənilməsi üzrə tətillər olmalıdır. Yəni, sadəcə olaraq ölkəyə məhsul gəlməsi, insanların işləməsi, istehsalın dayanmaması üçün bu, lazımdır”.

İş adamı Avropa və Amerikadan gələn məhsulların Cənub-şərqi Asiya və Türkiyə ilə əvəzlənməli olduğunu bildirib:

“"Tvoy dom” mağazalar şəbəkəsində satdığımız məhsulların təhlilini apardım. Məhsulların 30%-i yerli, 20%-i Çin, 50%-i isə Avropa və Amerikadan gətirilən məhsullardır. Və bu gün bu 50% geri çəkilir və bunu Cənub-şərqi Asiyadan və Türkiyədən gətirilən məhsullarla əvəz etmək lazımdır”.

O, Donald Trampın geri dönməli olduğu ilə bağlı sualı da cavablandırıb:

“Xeyr, xeyr. Biz Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxilə etməkdə ittiham olunması məsələsindən sonra heç işgüzar məsələlərlə bağlı belə əlaqə saxlamamışıq. Bu məsələni isə şərh etmək istəmirəm”.

Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz