Axtarış...

Zədəgan nəslin sadəlik və zəriflik simvolu

Zədəgan nəslin sadəlik və zəriflik simvolu
1912-ci il, avqust ayının 19-da, gözəl bir yay axşamında Qazax mahalının Xanlıqar(indiki Musaköy) kəndində bir qız uşağı dünyaya göz açdı. İllər sonra bu qız böyüyüb nəinki doğulduğu rayonun, o cümlədən, bütün ölkənin fəxrinə çevrildi. Mirvarid Dilbazi adlanan bu zərif görünüşlü qız XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi adını tarixə həkk elədi. Dilbazilər soyadının Nadir şahla bağlı olduğu söylənir. Mənası “ürəkli adam”-deməkdir. Dilbazilər XVI əsrin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfa olub.Zədəgan nəslin sadəlik və zəriflik simvoluRus imperatoru I Nikolayın 1846-cı il fərmanı ilə zadəganlıq Dilbazi ailəsinə verilb. Dilbazi ailəsinin torpaqları və mülkləri də ailəyə verilib. Şairənin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün onun gözləri çıxarılıb. Qazaxın alov qülləsi adlanan yerdə bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyirmiş. Mirvarid xanımın babası Mustafa "37-nin" qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Atası Paşa bəy, anası Cavahir xanımdır. Atasını erkən itirən Mirvarid Dilbazi babası Mustafa ağanın mülkündə Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, gözəl mənzərəli məkanlarda boya-başa çatıb. Böyüdüyü mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb. Zədəgan nəslin sadəlik və zəriflik simvolu1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil alıb, Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsilini davam etdirib. Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. 1942-ci ildə Mirvari xanımın həyat yoldaşı müharibəyə yola düşür. Hamilə olan şairə bacısı Yaqut xanımla İncədərəsində birgə yaşayırmış.Zədəgan nəslin sadəlik və zəriflik simvoluBir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşür. Onları Əminə Dilbazi yola salır. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız varmış, onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlib. Gəncəyə çatanda təcili yardım maşını gəlib şairəni xəstəxanaya aparıb. Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həzi Abdullayevlə ailə qurub. Onun ikinci dəfə ailə qurması isə Səməd vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairəni yanına çağırıb deyir ki, adına söz çıxardacaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona məsləhət edir ki, ailə qursun. Şairə ailə quranda isə onun artıq bir nəvəsi də var idi. Deyilənə görə yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkinirmişlər. O, həm də çox işgüzar insan olub. Yaxşı kulinariya qabiliyyəti varmış. Xüsusilə qurutlu xəngəli çox ləzzətli hazırlarmış. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş. Zədəgan nəslin sadəlik və zəriflik simvolu
Evində həmişə "Quran" kitab olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə ərəb dilində "Quran" oxuyub .Mirvari xanım şeirlərini də əski əlifbada yazıb sonra makinaya köçürüb.Yaradıcılığa təhsil illərində başlayan şairənin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı jurnalda dərc edilib. Bu jurnalda şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılan, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri də dərc olunub. Mirvarid xanım Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri, sonra Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində işləyib. Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazıb.Zədəgan nəslin sadəlik və zəriflik simvolu Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik şeirləri ilə yaşadığı əzablı duyğuları qələmə alıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi onun həssas qəlbində haray salaraq serə çevrilib ağ kağızlara süzülüb. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirlərində xalqın yaşadığı bütün bu faciələri dolğun və bədii şəkildə əks etdirib. O dövrdəki hərcmərclik, torpaqlarımızın işğalı ona o qədər ağır təsir etmiş və çarəsiz duruma salmışdı ki, Azərbaycanın dünyasını dəyişmiş ziyalılarını, ədəbiyyatın döyüşkən övladlarını, həmkarları olan qardaşları Səməd Vurğunu, Rəsul Rzanı İsmayıl Şıxlını... haraylamış və meydanlara səsləmişdi. Kədərini, sevincini kövrək misralara çevirən zərif ruhlu şairə ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Özünün də yazdığı kimi odlar içində doğulan, həbslərlə, repressiya və sürgünlərlə dolu əzablı bir zamanın içindən keçərək mübarizələrdə bişib bərkimişdi.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, 1979-cu ildə Azərbaycanda ilk qadın olaraq Xalq Şairi fəxri adına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Zədəgan nəslin sadəlik və zəriflik simvoluŞairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəslələyiblər.
Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri...
Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə özünə ölməzlik qazanıb. Öz vəsiyyətinə əsasən Fəxri Xiyabanda deyil, anasının yanında dəfn olunub.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz