Axtarış...

Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?

Əvvəli ötən sayımızda
Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?
XIX әsrin әvvәllәrindәn etibarәn Rusiya imperiyasının Azәrbaycana hücumlar tәşkil etmәsi vә nәhayәt, Azәrbaycanı işğal edilmәsi tariximizdə yeni, eyni zamanda ağır nәticәlәri olan bir dövr həkk edib. Bu zamandan başlayaraq Rusiyanın işğal etdiyi bütün mesəlman ölkələri dəhşətli sınaqlara məruz qaldı. Bir çox millətlər assimlyasiya olunaraq tarix səhifəsindən silindilər. Əksər azsaylı xalqlar rus millətinin içərisində əridildi. Lakin Rusiyanın gələcək yırtıcı hakimyyətindən xəbəri olmayan insanlar gələcəkdə başlarına daha ağır müsibətlərin gələcəyindən xəbərsiz idilər.Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər? Hələ 1905-ci ildə "Novaya jizn" qəzetinin 28-ci sayında Lenin yazırdı: "Sosialist proletariat partiyasına münasibətdə din şəxsi iş deyil. Biz kilsənin dövlətdən tamamilə ayrılmasını tələb edirik. Bizim təbliğata mütləq qaydada ateizmin təbliği də daxildir."
15 il sonra, SSRİ yaranan gündən dinə qarşı başlayan təbliğatın tərkib hissəsi olaraq d “Din-zəhərdir- uşaqlarını qoru”, “Dinə qarşı mübarizə sosializm uğrunda mübarizədir” yazılı plakatlar peyda oldu. Lakin bölşeviklər kilsələrlə mubarizə aparmaqla kifayətlənmədilər. Sovetlər Birliyi dövründə Azərbaycanda və bütün müəlman bölgələrində bolşeviklərin əsas milli ideoloji vəzifələrdən biri də dinlə, o cümlədən, İslam dini ilə bağlı idi. Bolşeviklərin dinə tamamilə fərqli münasibəti var idi ki, bu özünü 70 illik Sovet Rusiyası işğalı dövründə bu və ya digər formada büruzə vermişdi. Bolşeviklər iqtisadi, sosial sahələrdə olduğu kimi, din məsələsində də ilk dövrlərdə loyallıq göstərsələr də artıq Stalinin zamanında dinə qarşı əsi səlib yürüşü başladı.Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər? Belə ki, 1920-1940-cu illərdə həyata keçirilən «mədəni inqilab»ın məqsədi də ilk növbədə, milli və dini dəyərləri məhv etmək, əvəzində insanların şüurlarına kommunist ideologiyasına uyğun olaraq, müstəmləkəçiliyi-«beynəlmiləlçiliy»i təbliğ etmək idi. Bu baxımdan 1920-1940-cı illərdə K.Marks, F.Engels, V.İ.Leninin əsərləri və yerli komsomol-kommunist yazarların İslam dininə, «panislamizm» ideologiyasına qarşı çevrilmiş marksist-leninçi kitabçaları geniş şəkildə dərc olunaraq yayılırdı. Bütün bunlardan başqa 1924-cü ildə Bakıda təşkil olunan, öz ətrafında qabaqcıl fəhlələri, sonralar isə kənd fəallarını da toplayan Allahsızlar Cəmiyyəti din əleyhinə aparılan təbliğat sahəsində gənclərin beynini zəhərləyirdi. Övladlar öz dindar valideynlərindən hökumətə çuğulluq edirdilər. «Allahsızlar cəmiyyəti»nin işini sürətləndirmək üçün, AK(b)P 1929-cu ilin aprelində keçirilən plenumu dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni də müzakirəyə çıxarmışdı. Bir qədər sonra «Allahsızlar cəmiyyəti» dinə qarşı mübarizəni gücləndirmək adı altında «Mübariz Allahsızlar İttiifaqı»na çevrildi. İslama qarşı bolşevizmin tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda cəmi 20 məscid formal fəaliyyət göstərirdi. SSRİ dövründə fəlsəfə dinə qarşı qoyulmuşdu. Guya, din idealizm, fəlsəfə isə materializm deməkdir. Başqa sözlə, fəlsəfəni dinsizlik kimi təbliğ edən sovet ideoloqları iddia edirdilər ki, fəlsəfə və din, elm və din bir araya sığışa bilməz. Bununla da sovet dövründə mənfi bir tendensiyanın, yəni fəlsəfə ilə məşğul olanların yalnız ateist, allahsız olmasının təməl daşları qoyuldu.(Bu gün azan səsinin ucadan verilməsini qeyri-rəsmi formada qadağan edən məmurlar, hicablı qizların təhsildən kənarda qalmasına çalışan orta və ali məktəb rəhbərləri, hicabll qadlnlara is verməyən, namaz qıılanlara antipatiya duyanlar o vaxt dindarlara qarşı total hücumlara keçən, onları sürgünlərdə çürüdən, ağzı dualı üləma və seyidləri güllə qabağına düzən “Allahsızlar cəmiyyətinin” ən fəal üzvlərinin övladları, nəvələridir)Sovet işğalından sonra bolşevik-kommunist hakimiyyətinin dinə münasibəti fonunda dini təsisatların fəaliyyəti dayandırıldı. Bir çox din xadimi, alim və müctəhid sürgün edildi, bəziləri isə repressiyalara məruz qaldı. Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?Məscidlər anbar və müəssisələrə çevrildi, müqəddəs kitablar yandırıldı, dini nəyin bahasına olrsa olsun unutdurmaq, insanları dini köklərindən ayrı salmaq üçün ciddi səylər göstərildi. Kremlin bu sərt siyasəti II Dünya müharibəsi illərinədək bütün müsəlman xalqlara qarşı davam etdirildi. 1940-cı illərdə mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali arasında rəğbət hissi qazanmaq üçün hökumətin din siyasətində müəyyən islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin formalaşdırılması labüd hesab edildi. 1943 -1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün müstəqil müsəlman ruhani idarələri yaradıldı. SSRİ-nin Avropa hissəsi və Sibir Müsəlmanlarının Ruhani İdarəsi Ufa şəhərində, Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi Daşkənd şəhərində, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərində, Şimali Qafqaz və Dağıstan Müsəlmanları Ruhani İdarəsi Mahaçqala şəhərində fəaliyyətə başladı. 1944-cü il mayın 25 - 28-də Zaqafqaziya Müsəlmanlarının I Qurultayı oldu. Qurultay Axund Ağa Əlizadəni Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) sədri seçdi və ona şeyxülislam dini rütbəsi verildi. ZMRİ-nin yaradılmasında məqsəd Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarında yaşayan müsəlmanlara və bu respublikalardakı məscidlərə dini rəhbərlik idi.Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?SSRİ-də Həcc ziyarəti də uzun müddətdən sonra, 1945-ci ildə bərpa olundu. İkinci Dünya müharibəsindən qalib kimi çıxan Sovet İttifaqı sosializm ideyalarının Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq ölkələrinə ixrac etmək üçün plan işləyib hazırlayır və müsəlman dünyası ilə münasibətlərində ciddi dəyşikliklərə əl atır. Avropanın təzyiq və soyğunçuluğundan bezən Şərqdə sovet təsirinin formalaşdırılması üçün İslam dini faktorundan istifadə edilməsi qərara alınır. 1945-ci ildə SSRİ-də mufti İşan Babaxanovun rəhbərliyi altında bir qrup ziyarətçi Həccə aparılır. Allahsız rejim kimi dünyada tanınan SSRİ müharibədən sonra başlanmış yeni dünya düzənində həlledici qüvvə olaraq başa düşürdü ki, müsəlman dünyasında xoşagəlməz imicini dəyişməyincə, bu ölkələrin etimadını qazanmaq xeyli çətin olacaq. Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?İşan Babaxanovun rəhbərlik etdiyi sovet dindar qrupu keçirdiyi görüşlər zamanı Sovet İttifaqında dinlərin təqib olunmadığını və sərbəst inanc rituallarının həyata keçirildiyini bəyan edirdi. İslam əleyhinə aparılan amansız mübarizə və təqiblərə, işgəncə və zülmlərə, repressiya və güclü təbliğat-təşviqat işlərinə rəğmən, insanlar qəlblərində Allah sevgisini qoruyub saxladılar. Dinə inamlarını, imanlarını itirmədilər, övladlarını da İslamın sonsuz sevgi və mərhəmət işığında yetişdirdilər. Çünki İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata, kamilliyə çağırır. İslam uzun illər boyu müsəlman ölkələrində nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuşdur. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Bizdə dinə, mənəvi dəyərlərimizə hörmət var. Biz ümumbəşəri dəyərləri öz xalqımıza aşı­lamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılma­ma­lıyıq”. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil edib və müsəlmanların öz dini dəyərlərinə sahib çıxmasına kömək olub.
Müsəlmanlar çarizm və SSRİ dövründə öz dini inanclarını necə qoruya bildilər?



Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz