Axtarış...

Putinin Stalin sevdası: - "Rusiya SSRİ-nin taleyini yaşaya bilər"

Putinin Stalin sevdası: - "Rusiya SSRİ-nin taleyini yaşaya bilər"


Son günlər NATO ilə Rusiya arasında münasibətlər yeni- daha kəskin bir mərhələyə çatıb. Ötənlərdə NATO- nun baş katibi Yens Stontelberq açıqlama verdi ki, toqquşmaya hazırıq, əməkdaşlığa isə şad olarıq. Kreml artıq əvvəlki deyil. Özünü hegemon kimi göstərməyə çalışsa da, "asıb- kəsməyə" gücü çatmayıb. Bir tərəfdən isə "ağalıq" ənənəsi var. Elə isə tərəflər arasındakı münasibətlər necə inkişaf edəcək? Moskva, nəhayət ki, gücünün qalmadığını etiraf edərək, konstruktiv mövqe tutacaq, yoxsa NATO ilə "rus ruleti" oynayacaq?

Hərbi- siyasi ekspert Həşim Səhrablı ehtimalları "Sherg.az"a dəyərləndirdi:

"NATO və Rusiya arasında toqquşma durmadan böyüyür. Yeni Stalin sevdası Putini məhv etməliydi. Etməyə doğru yön alır.

Rusiya qısa zamanda hərbi gücünü NATO-nun sahib olduğu elmi-texniki tərəqqiyə çatdırmasa, SSRİ- nin taleyini yaşaya bilər. Yəni yeni parçalanma görə bilərik. Yox, Rusiya bu gücə çatarsa, onda bizim də gələcəyimiz ciddi suallar altında qalacaq.

Hazırda, Rusiyanın hərbi sahədə elmi-texniki tərəqqisinin NATO dərəcədə uğurlu olmadığı açıq-aşkar görünür. NATO üzvü aparıcı ölkələrin istər təklikdə, istər birlik səviyyəsində uğurları Rusiyadan dəfələrlə üstündür. Məsələn, Azərbaycan üçün də əvəzedilməz faktor olan Türkiyə amilinə nəzərə almaq kifayət edir.

Türkiyənin canlı qüvvə potensialı 30 milyonun üzərində olduğu halda, bu rəqəm Rusiyada 40-45 milyondur. Onların da müəyyən qismi müsəlman prizmasına sahibdir. Yəni potensial qarşıdurmalarda çeçen və dağıstanlı mücahidlər Moskvadan revanş alacaq".

H.Səhrablının fikrincə, Kreml NATO ilə bacarmaz: "Texniki sahədə Rusiya Türkiyədən üstün görünsə də, PUA amili qüvvələr nisbətində ciddi dəyişiklik edib. Həmçinin Türkiyə NATO səviyyəsində qorunacaq. Ən əsası, Türkiyənin F-16 qırıcıları NATO səviyyəsində ikinci sinif hesab edilsə də, Rusiyada F-16-dan effektiv döyüş qırıcıları hələ də yoxdur.

Dünya ikinci soyuq savaşa başlayıb. Mediada bunlar danışılmır, danışılmayacaq. Ancaq hər şey bitdikdən sonra tarix yazılanda xəbər tutacağıq.

Amma görünən odur ki, zahirən demokrat olanlar, özünə zəhmət verib görünüşdə belə, demokrat ola bilməyənləri birdəfəlik yox edəcəklər.
Qərb udacaq, Şərq uduzacaq.

Şərqli olaraq uduzmamağın tək yolu, Qərb ilə demokratiya oyununa davam etməkdir".
Text-to-Speech

DİNLƏ






Şərh yaz