Axtarış...

Babək rayonunda məhkəmə özbaşınalığı... - GİLEY

Babək rayonunda məhkəmə özbaşınalığı... - GİLEY


Babək rayon Məhkəməsi önündə özünü yandıran Nehrəm qəsəbə sakini İbrahim Abdullayevin səhhəti nisbətən yaxşılaşsa da həyatı təhlükə sovuşmayıb. O, hazırda Naxçıvan Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

Millitv.az xəbər verir ki, İbrahim Abdullayev "Gündəlik Naxçıvan"a intihara cəhd etməsinin səbəbləri və hazırkı vəziyyətlə bağlı yeni məlumatlar verib:
“Alı adlı məhkəmə icraçısı məni boğaza yığmışdı. Təhdid edirdi ki, əvvəlcədən 4 il soranın alimentini ödəyim. Bu, 5000 manat pul edir. Dedim ki, onsuz da hər ay ödəyirəm. İmkan verin, belə də davam etsin. Dedilər yox, 4 illiyi birdən ödəməlisən. Mən borc edib 1100 manatını verdim, dedim səbr edin, qalanını da düzəldərəm. O isə mənə vaxt qoydu ki, 5 saat içində 5 min manatı tapıb düzəltməsəm, məni həbs etdirəcək. Hansı qanunda yazılıb ki, aliment öncədən ödənməlidi, üstəlik 4 illik? İşsiz adam bu pulu necə ödəyə bilər? Çıxış yolum yox idi. Nahaqdan həbs olunmaq istəmirdim. Təhdidlər qarşısında dözmədim, məcbur qalıb özümü yandırdım.”
İbrahim Abdullayev məhkəmə icraçılarının onu intihara məcbur etdiyini bildirir:
Babək rayonunda məhkəmə özbaşınalığı... - GİLEY

"Bunu mən hüquq mühafizə orqanı əməkdaşlarına da bildirmişəm. Ancaq, təəssüf ki, indiyə kimi heç bir tədbir görülməyib. İstintaqın aparılıb-aparılmaması ilə bağlı bizə heç bir məlumat vermək istəmirlər. İşi ört-basdır eləmək istəyirlər. Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət hazırlamışam. Aidiyyatı qurumlardan bizə kömək etməyi, məni intihar hədinə gətirənlərin cəzalandırılmasını xahiş edirəm.”
İbrahim Abdullayev onu da bildirib ki, indiyə kimi rəsmilərdən heç kim onun səhhəti ilə maraqlanmayıb. Maddi imkanı olmadığından, xəstəxanada həkimlər də ona başdansovdu yanaşırlar:
"Maddi imkan olmadığından, Bakıda müalicəni davam etdirə bilmədik. İmkansızlıqdan anam xəstəxananın həyətində gecələyirdi, dava-dərman da pul tapmırıq. Məcbur qalıb, geri qayıtdıq ki, heç olmazsa, anam əziyyət çəkməsin. Burada isə mənə demək olar ki, baxmırlar. Pulsuz, kasıb adama kim baxar. Dərman nədir, bəzən adi yemək almağa pul tapmırıq. Bakıda həkimlər dedi ki, hələ həyatı təhlükə keçməyib, müalicəmi ciddi davam etdirməliyəm. Burada da dediyim kimi baxan yoxdu".
Nehrəm qəsəbə sakini İbrahim Abdullayev iyunun 22-də Babək Rayon Məhkəməsinin önündə üzərinə benzin tökərək, özünü yandırmışdı. O, məhkəmənin haqqında çıxardığı qərara etiraz olaraq bu addımı atdığını bildirir. İmkanı olmadığından, İbrahim Abdullayev ona kəsilən 4 illik alimenti, beş min manatı əvvəldən ödəyə bilməyib. Məhkəmə isə onun 5 min manatı dərhal ödənilməsi ilə bağlı qərar çıxarıb.
İbrahim Abdullayev özünü yandırdıqdan sonra Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılmışdı. Vəziyyəti ağır olduğundan, həkimlər onu Bakıya aparmağı məsləhət görüb. Bir müddət sonra səhhətində irəliləyiş yaranıb və o, yenidən Naxçıvan xəstəxanasına qayıdıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz