4 uşaqlı bir ana Ağdam rayon icra başçısı Vaqif Həsənova yardımla bağlı dəfələrlə müraciət edib, başçı ilə şəxsən görüşüb, amma hələ də bir nəticə yoxdur.
Millitv.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
“Baş verənlər haqda artıq Ailə Qadın Uşaq problemləri Dövlət komitəsinə məlumat verilib. O ailə 1 aydan çoxdur ki, mənə müraciət edir. Mən hər dəfə İcra Hakimiyyətinə yönləndirirəm, amma nəticə olmur. Qadın Prezident Adminstrasiyasına məktub ünvanlayıb. Adminstrasiya da İcra Hakimiyyətinə tapşırıb ki, ailənin problemi ilə məşğul olsunlar. Lakin qadın başçının yanına getsə də, qəbul etmirlər. Qadın özü ilə bərabər 4 uşağını da İcra Hakimiyyətinin qarşısında yandıracağını bildirib. Deyir özünü öldürsə, 4 balası yetim qalacaq. Ona görə də, elə 4 uşaqla bərabər özünü yandırmağı düşünür”, - Ağazadə bildirib