Dünya İqtisadi Forumunun (WEF) Səyahət və Turizmin İnkişafı İndeksinində Azərbaycanın 117 ölkə arasında 63 -cü yei tutması bir sıra düşündürücü məqamlara yol açır.İndeksdə Azərbaycanın Cənubi Qafqazda sonuncu yer tutması nərahatlıq doğuran məslədir və bunun səbəbləri haqda danışmağa dəyər. Amma bu sahənin geridə qalması səbəbləri barədə çox daınşılsa da konkret addımların atılmaması təəssüf doğurur. İqtisadi göstəricilərinə görə Azərbaycandan geri qalan qonşulardan Ermənistanın 61, Gürcüstanın isə 44-cü yerdə olduğu halda, ölkəmizin 63-cü sırada yer narazlıq üçün yetərli səbəbdir. Gürcüstanda turizmin yetərincə yaxşı inkişaf etməsi məlumdur.
Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan belə geridə qalması inanılmazdır. Halbuki ekspertlərin rəyinə görə Azərbaycanın turizm potensialı nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda çox yüksəkdir. Zəngin təbiətə malik ölkəmizin turizm potensilandan səmərəli istifadə olunmamasının səbəbləri çoxdur və əsas səbəb bu sahəyə birbaşa məsiliyyət daşıyan Mədəniyyət və Rusizm nazirliyinin kifayət qədər peşakar komandaya malik olmaması, əsas hədəflər üçün konkret zaman müəyyənləşdirməməsi, təsirli addımlar atmaması, bir sözlə öz funksiyasını yerinə yetirməməsidir. Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını azalda biləcək bu sahənin inkisaf sürətinin geri qalması heç də maliyyə problemlərindən qaynaqlanmır. Belə ki, son 20 ildə hökümətin turizmin inkişadı istiqamətində qəbul etdiyi qərarlara, bu sahəyə qoyulan sanballı investisiyalara və büdcədən ayrılan böyük vəsaitlərə rəğmən, mövcud potensialdan effektiv şəkildə yatarlanmaq indiyə qədər mümkün olmayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 40 yanvar 2006-ci tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Gənclər, İdman və Tturizm Nazilryi ləğv edilərək Mədəniyyət Nazirliyi əsasında MƏdəniyyət və Turizm Nazirliyi yaradıldı. Mədəniyyət və Turizm Nazirliklərinin birləşdirilməsi prinsipcə düzgün qərar idi. Çünki yaradılan yeri qurum mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində dövlət siyasətini təmzimləyən icra strukturu kimi nəzərdə tutulmuşdu.
Ölkə mədəniyyətinə rəhbərlik edən sabiq nazir Polad Bülbüloğlunun vaxtında nəinki bir dənə də tarixi abidə bərpa olunmadı, hətta müzeylərdən kütləvi olaraq qədim və qiymətli eksponatlar yoxa çıxdı. (O zaman mətbuat bu qalmaqallı hadisəni yetərincə işıqlandırmış, qiymətli xalça və rəsm əsərlərinin oğurlanmasında sabiq naziri ittiham etmişdi.)Çoxları yeni nazir təyin edilən Əbülfəs Qarayevin bu postda döünüş yaradacağını düşünürdü. Onun əsrlərin sınağından çıxaraq günümüzə qədər gəlib çatmış mədni -tarixi abidələrimizə sahib çıxacağını, mədəniyyətlə bərabər turizmin inkişafı istiqamətində də ciddi addımlar atacağını güman edirdik. Lakin bu gözləntilər özünü qətiyyən doğrultmadı. Bu illər ərzidə respublikda minlərlə qədim tarixi abidə diqqətdən kənarda qaldı.
Yerli turizm marşrutlarının açılışında da irəliləyiş gözə dəymədi. Halbuki dəyərli tarixi abidələrin restavrasiya olunması turizm üçün yeni imkanların açılması demək idi. Axı xaricdən gələn turist bura sadəcə qarnını doyurmaq üçün gəlmir.(Heç qonaqların qarnini doyurmaq məsələsində də öyünməyə haqqımız yoxdur. Servis etmək qabilyyəti bərbad, qiymətlər baha. Bizdə yalnız turisti necə soymaq vasitələri yaxşı inkişaf edib, onun gələn il də bura qayıtmaq istəyib- istəməməsi vecimizə də deyil) Türkiyədə turist cəlbinin birinci şərtinin məhz tarixi abidələr olduğunu yaxşı bildikləri üçün bu ölkədə abidlərin qorunması və restavrasiya məsələlərinə diqqət böyükdür. Bizdə isə uzaq bölgələr o tərəfə qalsın, burnumuzun dibindəki qiymətli tarixi abidələr belə baxımsızlıq ücündən məhv olur, işbazların qurbanına çevrilir.
Bakiətrafı ərazilərdə yerləşən qədim karvansara, hamam, yeraltı kəhrizlər, qədim binalar turist cəlb etmək üçün misilsiz vasitələr olsa da, nazirlik ( yeni təyin olunan nazirin də hələ ki, ciddi fəaliyyətini görə bilmirik) fil qulağnda yatmağa və budcə vəsaitlərini bös boşuna sərf etməyə davam edir. Hökümət vəsait ayırır, nəticə gözləyir, amma....Sabiq nazirlərin vaxtında olduğu kimi bu gün də qurum qədim binaların divarına “Mədənyyət və Turizm Nazirliyi tərəfindən qorunur “ başlığı ilə həmin abidələrin yaşı, funksiyasi və inşa edənin adi ilə bağlı məlumat həkk olunmuş lövhələr asmaqla işini bitimiş hesab edir. Burada “qorunur” sözü və dağımaqda olan abidələr ironik təsir bağışlayır.
Bu gün Azərbaycanda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli, rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflər olsa da müfafiq qurumların bu hədəflərin reallaşmasına cidid töhfələr verdiyini təəssüf ki, görə bilmirik. Dövlət başçısı qeyri-neft sektoru içərisində turizmin inkişafına xüsusi önəm verir. Turizmin əsas atributlarından biri gecələmə yerlərinin – mehmanxanaların mövcudluğudur. Sevindirici haldır ki, nəinki Bakı şəhərində, artıq ölkəmizin müxtəlif regionlarında yüksək dərəcəli mehmanxanalar inşa edilərək turistlərin istifadəsinə verilib. Bu gün demək olar ki, Azərbaycanın hər bir səfalı guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur ki, bunu uğur kimi dəyərləndirmək olar.
O cümlədən,Bakı şəhərini respublikamızın regionları ilə birləşdirən avtomobil yollarııının yüksək standarlara uyğun yenidən qurulması da müsbət yenilklərdəndir. Demək, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Amma mehmanxana qiymətlərinin bahalığı, istirahət mərkəzlərində turistlərə göstərilən xidmətlərin dünya standartlarına uyğun olmaması, ekskursiya xidmətlərindəki çatışmamazlıqlar, suvenirlərin çeşidinin lazımı qədər olmaması, turistlərə xidmət edən sürücülərin çatışmaması və s. kimi xeyli sayda problemlər hələ də həllini gözləyir. Rkspertlərə görə,Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız ddağ və ekstremal turizm, gözəl kəndlərimiz kənd və ya aqrar turizm, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizm mineral bulaqlarımız, müalicəvi neftimiz və iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız və meşələrimiz ekoturizm, regionlardakı idman kompleksləri və idman qurğuları idman turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir.. Ölkədə 4253 kənd yaşayış məntəqəsi var ki, böyük əksəriyyəti yaşıllıqlar qoyununda və ya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan, qeyd etmək olar ki, Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün potensial böyükdür. Regionlarda turizmin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması, həmin ərazilərdə yerli əhalinin məşğulluğunun təmin edilməsi mə
qsədi də daşıyır. Bu baxımdan, Türkiyə numunəsinə nəzər salmaq yetərlidir. Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə verirlər. Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinlər üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdirlər. Turizmin inkişaf etdiyi Türkiyə, Yunanıstan kimi ölkələrdə tətil kəndləri deyilən turizm bölgələri fəaliyyət göstərir. Gözəl mənzərəyə, təbii resurslara malik və yaxud dəniz sahilində yerləşən kəndlərdə bir neçə yaxın ailə birləşərək dövlətdən kredit götürüb ailə pansionları formasında kiçik istirahət evləri inşa edirlər. Bahalı oltellerdə qalmaq imkanı olmayan xarici turistlər və ölkə sakinləri yay məzuniyyətlərini belə məkanlarda keçirməklə həm mənalı istirahət edir, həm də ailə büdcələrinə qənaət etmiş olurlar. Bundan ələvə həmin istirahət məkanlarını ekoloji cəhətdən təmiz ərzala təmin edən məhz yaxın kəndlərin fermerləri olur. Demək bu kəndlər üçün yaxınlıqda bazar yaranır. Uzun yol getməyə və ələvə nəqüliyyat xərclarınə lüzum qalmır. Həmçinin, qədim sənət növləri ilə məşğul olan yerli sənətkarlar kəndin mərkəzində mağaza açaraq turistlərə xırda suvenirlər, əl işlərini sata bilərlər.
Yaxınlıqdakl turizm obyeklərinə, qədim mədəniyyət abidələrinə baxmaq istəyən turistlərə fayton və arabası olan sakinlər maraqlı və ekzotik nəqliyyat növü təklif edə bilərlər. Belə istirahət məkanlarını ilboyu turistlə təmin etmək üçün Aazərbaycanda son illər tez-tez keçirilən festivallardan, bayram adətlərindən və müxltəlid tədbirlərin təşkilindən yararlanmaq mümkündür. Belə bir layihənin həyta keçməsi minlərlə ailənin yeni iş yeri əldə etməsi deməkdir. Bunun üçün sadəcə istək, dövlət qurumlarının öz üzərlərinə düşən vəzifləri vicdanla yerinə yetirməsi bəs edər.