Axtarış...

Türkiyədə 17 Manata Satılan Dərman Azərbaycanda 112 AZN-Dir – VİDEO

Türkiyədə 17 Manata Satılan Dərman Azərbaycanda 112 AZN-Dir – VİDEO



Azərbaycanda 112 manata satılan dərman Türkiyədə 17 manata təklif olunur. Son vaxtlar sosial şəbəkələrdə belə paylaşımlar edilir…

Millitv.az xəbər verir ki, ölkəmizdə bir qrup dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyən edilsə də, qiymətləri tənzimlənməyən dərmanlar da az deyil. Bu da apteklərdə bəzi preparatların baha satıldığı ilə bağlı iddialar yaradır.

Belə ki, həmin dərmanların qiymətinin qonşu ölkələrlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox olduğu bildirilir.

Əczaçı Zülfiyyə Dadaşovanın sözlərinə görə,sözügedən dərmanlar, əsasən, xaricdən idxal olunanlardır. Burada logistika xərcləri mühüm rol oynayır.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov isə deyir ki, aidiyyəti qurumlar bütün dərmanların həm qiymətinə, həm də keyfiyyətinə nəzarət etməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərində hər hansı bir artım yolverilməzdir.

O ki, qaldı digər preparatlara, onların bəzilərinin qiyməti bazar prinsipləri əsasında müəyyən edilir.Bizim.Media

“Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı materialı təqdim edirik:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz