Axtarış...

Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədir

Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədir
Rusiyanın Azərbaycana sülhməramlı adı ilə ordu yeritməsi və bunun sonradan Gürcüstanda, Moldovadakı kimi böyük problemə çevrilməsi ehtimalından narahatlıq keçirməyimiz təbiidir. Hər bir Azərbaycan vətəndaşını düşündürən sual budur ki, Rusiya öz sülhməramlı kontingentini Qarabağdan çıxaracaqmı, yoxsa Moldova və Gürcüstanda olduğu kimi onların Qarabağda daimi qalması üçün bütün imkanlarını səfərbər edəcək? Son vaxtlar erməni tərəfdə tez-tez Rusiya kontingentinin Qarabağda “daimi” qalması haqda çağırışlar səsləndirilirdi. Məsələn bir neçə ay əvvəl Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan açıqlama vermişdi ki, rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasında nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq. Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədirXatırladaq ki, 2020-ci il 10 noyabr razılaşmasına görə Rusiya sülhməramlı qüvvələri Qarabağda azı 5 il müddətində yerləşdirilir. Azərbaycan tərəfi həmin müddətin bitməsinə 6 ay qalmış Rusiya tərəfini missiyasını yekunlaşdırması barədə xəbərdar etməzsə, sülhməramlıların qalma müddəti yenidən avtomatik 5 il uzadılacaq. Beləliklə, Ermənistan tərəfinin versiyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər davam edəcək. Lakin son bir həftədə baş verən olaylardan sonra erməni rəsmilərinin rusların qalması ilə bağlı çağırışları səngiməyə başlayıb. Cünki son “Qisas” əməliyyatından sonra haylar artıq rusiyalı sülhməramlılara güvənclərini itiriblər. Axırıncı ümidləri rus sülhməramlıları olan ermənilər arıtq Laçın şəhərini tam boşaltmaq barədə Bakının tələbinin ciddiliyini anlayıblar. Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədirErməni əhalini qalmaq üçün dilə tutan və rusların onları qoruyacağına təminat verən Aritunyanın artıq səsi çıxmır. Məlum məsələdir ki, Rusiyanın Qarabağ ərazisindəki hərbi mövcudluğu Cənubi Qafqaz dövlətlərini öz təsiri altında saxlamasına xidmət edir. “Sülhməramlı” adlanan bu qüvvələr heç də regionda sülhü qorumaq niyyətində deyil, çünki şimal qonşumuz Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı deyil. Onlar sadəcə 44 günlük müharibə nəticəsində yaranmış vəziyyəti qoruyub saxlayırlar. Onların Qarabağdan öz xoşları ilə çıxıb gedəcəklərinə inam yoxdur. Elə yaxın keçmişdə baş verən hadisələrə nəzər salmaqlə belə bir ehtimalın mövcud olmasına əmin olmaq olar. Ötən əsrin 80-ci illərində Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda başlamış separatçılıq hərəkatını xəatırlayaq. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. 1989-сu ilin avqustunda isə Gürcüstan SSR Ali Soveti tərəfindən gürcü dilinin rəsmi dil elan edilməsinə qarşı bu respublikanın tərkibindəki Cənubi Osetiya Muxtar Vilayətində başlayan etirazlar böyüyərək silahlı qarşıdurmaya çevrildikdən sonra 1992-ci il iyunun 24-də Rusiya prezidenti Boris Yeltsin və Gürcüstan prezidenti Eduard Şevarnadze Soçi görüşündə münaqişənin həlli prinsiplərinə dair saziş imzalayıblar. Görüşün keçirildiyi qəsəbənin adı ilə Daqomis razılaşmaları da adlandırılan bu sazişdə atəşin dayandırılması, münaqişə tərəflərinin öz silahlı qüvvələrini geri çəkməsi, yerli özünümüdafiə qüvvələrinin buraxılması, atəşkəsə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə 3 tərəfin nümayəndələrindən ibarət Qarışıq Nəzarət Komissiyasının yaradılması, hərbi müşahidəçilər qrupu və sülhün dəstəklənməsi üzrə Qarışıq Qüvvələrin formalaşdırılaraq Komissiyanın tabeliyinə verilməsi barədə müddəalar əksini tapıb. Yəni Cənubi Osetiyada Rusiyanın təkbaşına deyil, hər iki münaqişə tərəfi ilə birlikdə sülhməramlı əməliyyat həyata keçirməsindən söhbət gedirdi. Buna uyğun olaraq, 1992-ci il iyulun 9-da bölgəyə rus-gürcü-osetin qarışıq sülhməramlı qüvvələri yerləşdirilib və bununla hərbi əməliyyatlara son qoyulub. Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədir
Qeyd etdiyimiz məqamlar isə göstərir ki, Soçi razılaşması əslində Rusiyanın Gürcüstan ərazisi olan Cənubi Osetiyada sülhməramlı adı ilə hərbi qüvvə saxlamasını legitimləşdirdi və onun münaqişənin həlli prosesini öz inhisarına almasına gətirib çıxardı. Sülhməramlı əməliyyatda Gürcüstan tərəfinin Rusiya ilə bərabərhüquqlu iştirakı nəzərdə tutulsa da, tədricən Rusiya ərazidə bütün məsələlər üzrə nəzarəti və qərar qəbuletmə mexanizmlərini öz əlinə keçirdi. Razılaşmanın humanitar müddəaları isə yerinə yetirilmədi.Evlərini tərk etmiş gürcülərin Rusiya sülhməramlılarının cavabdehlik zonasına qayıdışına şərait yaradılmadı.Rusiyalı müstəqil siyasi ekspertlərin bəziləri hələ 6-7 il əvvəl rus sulhməramlıların Moldova, Gürcüstan kimi Azərbaycanda da yerləşdırılməsi barədə Kremlin planlarının olduğu barədə xəbərdarlıq etmişdilər. Məsələn, rusiyalı tanınmış publisist və siyasi analitik Andrey Piontikovskiy 2016-cl ilin aprelində cəbhə xəsttində baş verən gərginliyi Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qosun yerləşdirilməsi perspektivi ilə ələqələndirmiş və cəbhədəki təxribatlarda Rusiyanın birbaşa əli olduğunu dolayısıyla etiraf etmişdi:” Mən son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planları barədə tez-tez eşidirəm. Bu onu göstərir ki, Moskva qollarını çirmələyib sülhməramlı məsələsi ilə məşğul olmaq istəyir. Bu bəhanə ilə münaqişə zonasına qoşunları daxil etmək, ehtiyac olduğu təqdirdə isə Azərbaycan və və Ermənistanla yanaşı, Gürcüstana təsir etmək istəyir. Lavrov Rusiya siyasətinin simvoludir. O, Krımın işğal edilməsinin rəmzidir. Onu zəmanəmizin “Ribbentropu” adlandırırlar. Lavrov nə Ermənistana, nə də Azərbaycana münaqişənin davamından başqa bir şey gətirə bilməz. Əminəm ki, yeni sənəddə sülhməramlı qoşunlar haqqında bənd mütləq olacaq. Çünki bu, Moskvanı ən çox maraqlandıran məsələdir.”Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planları Moskvanın Cənubi Qafqaz üçün nəəzrdə tutduğu strategiyanın tərkib hissəsidir. Rusiyalı siyasi şərhçinin söylədikləri 4 il sonra, 2020-ci ilin noyabrında gerçəkləşdi. Rəsmi Bakının bu istiqamətdə atdığı addımlarla yanaşı, orduda aparıaln təmizləmə əməliyyatları öz bəhrəsini verməyə başlayıb. Bu mənada Türkiyə amilinə görə Azərbaycanın keçirdiyi antiterror əməliyyatlarına rus sülhməramlıların güclü əngəl ola bilməməsi ermənilər üçün açıq mesaj oldu.Rus sülhməramlılarının qalmasını saxlayan səbəb aradan qalxmaq üzrədirOnlar başa düşdülər ki, rusların arxasında gizlənib təxribatlar törətməklə, rəsmi Bakının prinsipial mövqeyinə qarşı dura bilməyəcəklər. Buna görə də vaxtı gələndə rus sülhməramlıların qalmasında təkid etməyəcıkləri aydın hiss olunur. Artıq bu gün separatçılar üçün ruslar azərbaycanlılardan daha böyük düşmən hesab edilməyə başlayıb. İnanırıq ki, Azərbaycan öz topaqlarını seperatçı tör-töküntülərindən qətiyyətlə xilas edəcək və Xankəndində üçrəngli bayrağımızı ucaldacaq. Bu şəhərin sakinləri ya Azərbaycan qanunları əsasında yaşamlarına davam etməli ya da rədd olub getməlidirlər.



Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz