Axtarış...

"Sumqayıt-Sərnişin" ASC-də OYUNBAZLIQ - GƏLİR HARA GEDİR?

"Sumqayıt-Sərnişin" ASC-də OYUNBAZLIQ - GƏLİR HARA GEDİR?


Redaksiyamıza "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları Bədəlov Naib ƏLİ oğlu və Aslanov Yaqub Sahibiyə oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir neçə yüksək instansiyalara ünvanladıqları məktubun surəti daxil olub. Müəlliflər müraciətdə 24 ildir ki, "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları olmalarına baxmayaraq məlum haqq və hüquqlarından məhrum olmalarından bəhs edirlər. Bu problemin həllində-haqqlarının bərpa olunmasında dövlət başçısından kömək istəyirlər.

Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı "Sumqayıt-Sərnişin" ASC-dən açıqlama almaq istəsək də olmadı... Bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 106-1) ” Səhmdar Cəmiyyətinin səhmdarları hüquqları “ Qanunvericiliyə əsaslanaraq bildirirəm ki , 15.06.1998 -ci ildə “Sumqayıt Sərnişin “ ASC yaradılmışdır. 24 il keçməsinə baxmayaraq bu müəssisənin səhmdarları kimi qanunvericilikdə nəzərdə tutulmuş “səhmdarların hüquqların”dan istifadə etməmişik.

Bu illər ərzində Cəmiyyətin fəaliyyət göstərməsinə baxmayaraq (Qeyd:bütün obyektlər icarəyə verilir) 24 il ərzində (1998) bir dəfə də olsun səhmdarların yığıncağına dəvət edilməmişik və ötən illərə görə cəmiyyətin gəlirindən divident verilməyib.

İlk dəfə olaraq 14 avqust 2020-ci il tarixində səhmdarların yığıncağı barədə poçt vasitəsi ilə dəvət almağımız barədə məlumat aldıq.

14.08.2020-ci il tarixdə “Sumqayıt-Sərnişin” ASC-yə səhmdarların yığıncağına getdik. Səhmdarların yığıncağı heç bir qanun səviyyəsində aparılmadı. Pandemiyanı əsas gətirərək balaca bir otaqda səhmdarları tək-tək dəvət etdilər. Yeganə məsələ sahib olduğumuz səhmləri daha yüksək faizlə səhm əldə etmiş şəxsə verilməsi idi. Cəmiyyətə sahib olan sahibkarların özü və yaxud səlahiyyətli nümayəndəsinin kim olduğu məlum olmadı. Belə məlum oldu ki, 24 il müddətində sahib olduğumuz səhmlərin yeganə “Dividenti” səhmlərimizin bu gün kiməsə pay verməyimizdir.

Mülki məcəllənin “106-1.3.6 maddəsinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətini təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək” “106-1.3.7 cəmiyyətin xalis mənfəətindən divident almaq” hüququndan istifadə edərək , və Azərbaycan Respubluikası Konustitusiyasının 57-ci maddəsinə (vətəndaşların müraciət etmək hüququ) əsaslanaraq Sziə müraciət etməklə, Azərbaycan Respublikası Qanunları çərcivəsində hüquqlarımızın qorunmasını Sizdən xahiş edirik".

Mövzunun davamı olacaq. //Yenixeber.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz