Axtarış...

Dövlət Avtomobil Nəqliyyatı Xidməti: Sərnişin və yük daşıyan nəqliyyat vasitələrinin xeyli hissəsi texniki baxımdan köhnəlib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti: Sərnişin və yük daşıyan nəqliyyat vasitələrinin xeyli hissəsi texniki baxımdan köhnəlib

Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsi texniki baxımdan köhnəlib.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinin magistral yollarda istifadə edilməsi yol qəzalarının baş verməsinə səbəb olur.

Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac var: “Bu istiqamətdə islahatlar aparılmalıdır. Bununla bağlı müəyyən proqramlar və təkliflər hazırlanır, işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz