Bakının Xəzər rayonunda sərnişin avtobusu piyadanı vurub.
Sonxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Əliyeva Elmira Ayıl qızını 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./ONA/