Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Direktorlar Şurasının tərkibi belə müəyyən olunub:
Direktorlar Şurasının sədri
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.