Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Millitv.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.
Millitv.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin".