Islam dinində məzarı qazıb ölünün yerini lüzumsiz yerə dəyişmək, boş yerə mərhumu bir yerdən başqa yerə aparmaq, ciddi səbəb olmadan qəbri tez-tez açıb bağlamaq gunah sayılır. Bu qayda digər səmavi din daşıyıcıları üçün də kecərlidir. Amma bəzən ya ailəsi , ya da dovlət rəhbərləri tərəfindən məşhur insanların qəbirləri bir neçə dəfə açılır.
Bəzən də meyidləri təhqir edir, və yaxud guya tarixi ədaləti bərpa etmək üçün kiminsə cənazəsini uyuduğu yerdən çıxarıb dəbdəbəli şəkildə yenidən dəfn edirlər. Stalinin meyidi ətrafında da yarım əsr əvvəl başlayan qalmaqallar bu gün də yenidən gündəmə gəlib. Bəs indi onun meyidindən nə istəyirlər? Deyəsən Stalini yenidən Movzaleyə qaytarmaq istəyirlər. Bəs bu kimə lazımdır? Belə çıxır ki, Putinə lazmdır. Maraqlıdır, bu məsələ sadəcə jurnalistlərin iddiasıdır, yoxsa siyasi rəhbərliyin ciddi niyyəti? Bəs bu niyyətin altında yatan məqsəd nədir? Bu suala cavab tapmaq üçün ötən əsrin ortalarında baş verən tarixi hadisələrə yenidən qayıtmaq lazım gəlir. 1961-ci il, oktyabrın 31-də “şəxsiyyətə pərəstiş”əleyhinə baslayan mübarizə çərçivəsində Stalinin cənazəsi Mavzoleyden çıxarılıb və Kreml divarı yaxınlığında basdırılıb.
Bu təklif Sovet ittifaqı Kommunist Partiyasının XXII qurultayının son günü irəli sürülüb. Təkilf dəyərləndirilib və Leninin vəsiyyətində Stalin haqqında yazdıqlarına nəzər salınıb. Stalinin hakimyyət qaydalarını pozduğunu, sui-stifadəçiləri, şəxsiyyətə pərəstiş ddövründə dürüst sovet insanlarına qarşı kütləvi repressiyaları və s. qeyd edilib. Beləliklə Mavzoleydə onun qalmasının qeyri -mümkün olduğuna qərar verilib. Təbii ki, qərarım icrası gecə yarısı həyata keçirilib və bir müddət ictimaiyyədən gizli saxlanınılıb. Mütəxəssizlərin fikrincə, onun meyidini yenidən Mavzoleye qaytarmaq yalnız cənazə mumiyalandıqdan sonra mümkün ola bilər. Stalinin meyidinin mumiyalanması üçün hazırlanmış labarotoriya 1974- cü ildə inşa edilib. Bu işlə məşqul olan alimlər mumiyalanma üçün böyük vəsaitlərin lazım olduğuna diqqət çəkiblər. Ola bilər ki, 7-8 ildir nəzərdə tutulan plan məhz malyyə möhdudiyyətinə görə gecikib.
İndi isə Ukrayna ilə müharibə və Rusiyaya tətbiq olunan sanksiyalara görə bu plan uzun müddətlik təxirə salınacaq. Təxminən 1994-cü ilə qədər Stalin və həmin dövr haqqında əldə olunan bütün məlumatlar tam məxfi saxlanılıb. Hətta indi belə arxivlərdə araşdırılma aparılsa o məlumatlar tapılmayacaq. Bu məlumatlardan təkcə Siyasi Büronun üzvlərinin xəbəri olub. Yəqin ki, indi həmin məlumatlardan Putin də xəbərdardır. Buna görə də əminliklə demək olar ki, Stalinin həyatı, ölümü və bu insan haqqında bütün real həqiqətlər əbədi olmasa da uzun müddətlik sirr pərdəsinə bürünüb.Putin hakimyyətinin ilk illərində kütlənin Lenini Movzoleydən çıxarıb dəfn etmək tələblərini yerinə yetirmək istəyirdi. Sonra anladı ki, bunu etmək lazım deyil. O yaxşı başa düşürdü ki, heç kim Leninin cəsədinə toxunmayacaq. Lenini mavzoleyden çıxarıb dəfn etmək SSRİ-ni yenidən bərpa etmək fikrinə düşən Putinin planlarına zidd idi. Buna görə də hətta indi, Rusiya iqtisadiyyatı ağır sanksiyaların altında əzildiyi bir vaxtda onun cəsədinin qulluquna və qorunmasına ayrılan kifayət qədər yüksək məğləği azaltmaq barədə heç kim düşünmür.
Rusiya rəhbəri heç vaxt gizlətməyib ki, onun kumiri Lenin yox Stalin olub. İndi onu yenidən Mavzoleye qaytarmaqla insanların qəlbində keçmiş ittifaqla balı nostalji hisslər yaratmaq istəyir. O, yaxşı bilir ki, təkcə Rusiyada deyil, əksər postsovet ölkələrində, xüsusilə yaşlı insanlar arasında belə nostalji hisslər hələ də yaşayır. (Eriraf etməliyik ki, insanların 5-ci kalonun təsiri altına düşməsində korrupsioner məmurların rolu hədsizdir. İncildilən, süründürməçiliyə salınan, rüşvət tələb edilən adamlar təəssüf ki, o illəri həsrətlə xatırlayır və Putinin qələbə çalıb SSRİ-ni yenidən bərpa etməsini arzulayırlar.)Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin postsovet məkanını təhdid etməsi, və “Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq”, “Gürcüstan indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradılıb”, “Qazaxıstan süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb” fikirləri heç də iddia edildiyi kimi bir sərxosun zəvzəkliyi deyil, Putinin imperiya sərhədlərini bərpa etmək niyyətnin anonsu idi.