İstedadına və gələcəyinə inandığım gənc yazarlarımızdan biri Atatürkdən sitat gətirərək onun Qurani-Kərimin "savadsız ərəb" tərəfindən yazılması barədə fikirlərini diqqətə catdırıb. Həmin qeydlərdə göstərilir ki, Atatürk Quranın ona görə türk dilində tərcümə edilməsinə göstəriş verib ki, sadə insanlar onu oxuyub, mahiyyətini dərk edib İslamdan uzaqlaşsınlar.
Gənc yazarın iddiasina görə, Atatürk islam dininin insanları elm və inkisafdan uzaqlaşdırdığını bildirib. Atatürkün bir ifadəsi duzdür. Allahın son Elçisinin doğrudan da savadı olmayıb. Yazıb oxumağı bacarmayıb. Məlum məsələdir ki, yazıb oxumağı bilməyən adam kitab yaza bilməz.kinci tərəfdən, əminəm ki, Atatürk bu gün yaşasaydı, 100 il evvəl söylədiyi fikrindən vaz keçərdi. Çünki cəmi son 50-70 ildə Qurani-Kərim möcüzələri Qərb alimlərinin kəsflərində zaman-zaman öz təsdiqini tapır. Dağların hərəkət etməsi, su-yağış sisteminin dövr etməsi, küləklərin funksiyası, qızıl və dəmirin yer mənşəli olmaması, planetlərin vəziyyəti və quruluşu, yerin ən aşağı nöqtəsi, şəffav sərhədlə ayrılan sirin və duzlu iki dənizin suyunun bir birinə qarışmaması, embriologiya elmi, xüsusi bir gildə insanda olduğu kimi 7 elementin tapılması… Belə misallardan yüzlərlə gətirmək olar. Bir neçə il bundan əvvəl isə məlum oldu ki, NASA ABŞ astronavtlarının aya səfərə zamanı ordan gətirdikləri torpaqı son texbologiyaların köməyi ilə yenidən tətbiq ediblər və ayın min illər əvvəl iki yerə bölünüb yenidən birləşdiyini təsdiq ediblər.
İngilis alimi bu məsələni eşidəndə maraqlı bir tezis irəli sürərək bildirdi ki, İslam dini ən həqiqi dindir:” ABŞ aydan torpaq gətirdərək Quranda söylənənlərin elmi şəkildə təsdiqini bəyan etmək üçün 100 milyard dollar vəsait xərclədi. Bu isə Allahın istəyi ilə gerçəkləşdı. Bunu təkzib etmək mümkünsüzdür.”
Allahın əzəmətinə, böyüklüyünə həmd olsun! Bəli, ağıllı insanlar, o cümlədən Tolstoy və yüzlərlə hikmət sahibi İslamin ən düzgün və mütərəqqi din olduğunu başa düşürdü. Onlar bəsirət sahibləri idi. Amma bir çoxları əsrlər boyu İslamın inkişafın qarsını aldığına əmin idilər. Bəzən sorusurlar ki. din inkişafin qarşısını kəsmirsə, bəs niyə onda müsəlman ölkələri geridə qalıb? Mən bu suala cavab verməzdən əvvəl İslamın qızıl dövrünü xatırlatmaq istəyirəm. Bu gun bir çox kəsflərin Qərb alimlərinin adına yazılmasına rəğmən, vaxtilə müsəlman alimlərin dünyaya səs salan möcuzəli kəsfləri nağıl deyil və həqiqətən də bəşər elminə onlar müsilsiz töhvələr vermişlər. Cünki həmin dövrlərdə Quranın əsil mahiyyətini dərk edən üləmalar, bu müqəddəs kitabdan kainat sirləri haqda informasiya axınını əldə edən savadlı alimlər vardı. Şöhrətpərəstlik, taxt hərisliyi, cahil və nadanların iqtidar sahibi olması bu inkişafın yolunu tədricən tənəzzülə doğru çevirdi. Otən əsrin əvvəllərində ingilislərin "uzaqgörən" siyasəti nəticəsində mahiyyətcə yeni dinin əsası qoyuldı və tədricən bütün Ərəbistana yayıldı.
Səud sülələsini hakimiyyətə gətirən bu ingilis siyasətinə asəsən, dinin adı İslam olaraq saxlanılsa da mahiyyətcə mühafizəkar, təcavüzkar, aqressiv, bir sözlə, Qurana təmamilə zidd xarakrer daşıyırdı. İslam qadına bu gunə qədər heç bir demokratik ölkənin verə bilmədiyi hüquq və azadlıqlar verib. Lakin ingils siyasəti ilə meydana çıxan yeni “din”sahibləri bütün bu hüquqları qadınların əlindən aldılar. İnkisaf, irəliləyiş, qadının təhsil alması, ağıllı və savadlı övladlar yetişdirilməsi Qurana zidd adlandırıldı, Halbuki Allahin son elçisi bəşər övladını “beşikdən -qəbr evinə” qədər oxuyub öyrənməyə səsləmişdi. illər boyu və indi də bu siyasət davam edir. Batil inanclar, xurafat, cəhalət insanlara din adı ilə sırındı. İllər boyu qərb tərəfindən müsəlmanların fiziki məhvinə nail olmaq üçün oyunlar qurulur. "İnsanların oxuyub təhsil alması İslama ziddir" kimi mürtəce fikirlər cahillərin əlinə torror kimi güclü silah vermiş oldu. Bəzi ölkələrdə cəmi bir neçə ildir ki, qadınlar səs vermək hüququ əldə ediblər. Bəzilərində isə indiyədək qadınlar bu imkandan məhrumdur.
Azərbaycanda isə ilk milli hökumət qadınlara bir çox Qərb ölkələrindən daha əvvəl secmək-seçilmək hüququ verdi. Həyata keçirilməsinə çalışılan bu nurlu arzuları cücərməyə qoymayan işqağçı sovet rejimi azadlıq uğrunda mucadilə aparan cumhuriyyəti beşiyindəcə boğdu. İşğalçı rejim tərəfindən Quran həqiqətlərini sözün əsl mənasında dərindən dərk edən minlərlə üləmə, seyid, din alimi məhv edildi, sürgünə göndərildi. Bu boşluğu isə əsasən saxtakarlar, keçmiş məhbuslar, fırıldaqçılar 5-10 ərəbcə söz əzbərləyərək tutdular. Beləliklə Allahın sözünü pulla satanlar bəşər övladı üçün nicat gəmisi, nurlu mayak rolu oynayan Qurani -Kərimi məzarlıqlara daşıdılar. Halbuki Allah onu ölülər üçün deyil, dirilər üçün göndərib. Bu kitabın mözüzəsini dərk edən cəsur alimlər isə hazırda ölkəmizdə barmaqla sayılacaq qədər azdır, ya azadlıqlarını itirib ya da ölkədən köçüb gedibllər. Nəfsə qələbə çalmağı bacaranlar bu gün də qorxub çəkinmədən insanlara həqiqətləri çatdırırlər.Təsadüfi deyil ki, əsil həqiqətləri görməyən, dərk etməyən, özünü çətinliyə salmaq istəməyənlər şəhidlik zirvəsinə ucalmağın mənasını da dərk edə bilmirlər. Onlar üçün şəhid olmaqla ölmək arasında bərəbərlik işarəsi var. Adlarını ateist qoyaraq meymundan yarandıqlarını qəbul etsələr də darvinizmin çürük nəzəriyyəsinin flasa uğradığını etiraf etməkdən qorxurlar.
millitv.az