Axtarış...

Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?

Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?

Bir neçə gün əvvəl Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşərək onun həyatına son qoydu.

Belə məsuliyyətsizlik, belə qəddarlıq olmaz e.

Axı, bu bina boş yerdən tikilməyib. Buna paytaxt meriyası icazə verib, FHN-nin Təhlükəsizlik üzrə mütəxəssisləri rəy verib, binanı tikən şirkət var.
Necə yəni binadan daş qopdu və 12 yaşlı uşaq öldü.

Axı, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti var. O boyda qurum hara baxır ?

Eyni hadisə 2 gün öncə Nəsimi rayonu, Bülbül prospekti 61-62 ünvanda baş verib.

Hadisəni müşahidə edən gundelik-baku.com-un müxbiri bildirir ki, sovet dövründən nümunəvi fəaliyyət göstərən və hazırda da örnək ola biləcək, xalq arasında Pullu Poliklinika kimi tanınan tibbi müəssisənin yanından keçərkən, böyük daş parçası insanların keçdiyi yola düşüb. Xoşbəxtlikdən faciə baş verməyib. Yəni təsadüf nəticəsində insan ölümü olmayıb. Çünki həmən iri daş parçası bir neçə insanın ölümünə səbəb ola bilərdi. Həmən daş parçası Azərbaycan bayrağını qıraraq yerə salıb.

Yenə yuxarıda qeyd etdiyimiz sualı təkrar edirik.

Axı, Bakı Şəhər İcra hakimiyyəti, konkret olaraq icra başçısı Eldar Əziziov hara baxır ?

İcra hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti nə işlə məşğuldur ?

Müxbirimiz məsələ ilə bağlı Bakı ŞİH-nin başçısı Eldar Əzizovla dəfələrlə əlaqə saxlamağa çalışsa da, həmişə olduğu kimi, o, telefona cavab verməyib.
İcra hakimiyyətində çalışan mənbəmiz bizə bildirdi ki, bu məsələlər Eldar Əziziovdan alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.
Müxbirimiz Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məsul şəxsi Ramin Abdullayevlə telefon əlaqəsi saxlamağa cəhd etsə də nəticə olmayıb.
Bakı ŞİH-nin adının çəkilməsini istəməyən vəzifəli şəxsi müxbirimizə bildirib ki, heç bilinmir ki, bu məsələlər kimin səlahiyyətindədir...
Onda ortaya sual çıxır:

Bir neçə gün əvvəl dövlətin ayırdığı 20 milyon manat kimə çatıb?

Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?

Amma sızan məlumatlardan bəlli olur ki, Eldar Əzizov yola salınır.

Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz