Axtarış...

Hər gün Ermənistana əsgər meyidi getməlidir - SƏBƏB?



Hər gün Ermənistana əsgər meyidi getməlidir.

Professor Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında Ermənistanın Baş Qərargah rəisinin və Ermənistan XİN rəhbərinin Qarabağa səfərinin səbəblərinə aydınlıq gətirib.

Professor deyib ki, Ermənistanın rəsmi dövlət adamlarının və yaxud adi vətəndaşların Qarabağa gedib-gəlməsi adi haldır:



“Oranı ermənilər özlərinin bir bölgəsi olaraq bilirlər və yay aylarında gözəl Qarabağda bir neçə gün istirahət etmək üçün problemləri də yoxdur. Dövlət rəsmiləri buraya dizayn edəcəkləri siyasətin konturlarını müəyyən etmək üçün də səfərlər edirlər. Son günlər Dağlıq Qarabağ problemi ilə bağlı yaşanan gərginlik Ermənistanın hərbi rəhbərliyini narahat edir və siyasi gəlişmələrin hərbi işə, onların deyimi ilə “Qarabağın təhlükəsizliyi”nə daha az təsir etməsi üçün tədbirlər görmək məqsədi ilə bəzi aydınlaşma aparmaq ehtiyacı hiss edirlər"

Q. Çaxmaqlı vurğulayıb ki, Azərbaycan öz ərazilərini erməni separatçılardan təmizləyəcəyi ilə bağlı qərarlılığını nümayiş etdirəndə onlar daha ciddi təşviş keçirirlər:

"Ötən gün Qarabağa hərbi xidmətə gətirilən əsgərlərin yolda qaçmaq təşəbbüsü göstərməsi də bu təşvişin göstəricisidir. Əsgərlərin qaçmaq təşəbbüsü göstərir ki, heç kəs burada ölümə getmək istəmir. Bu bizim də fikrimizi təsdiq edir ki, erməni ordusu hər zaman gərginlik içərisində saxlanılmalı, hər gün Ermənistana bir əsgər meyidi getməlidir. Biz torpaqlarımızı azad etmək qərarlılığını hər addımda göstərməliyik. Yoxsa Ermənistandakı “Qarabağ məsələsi artıq həll edililib” fikrini dəyişdirə bilməyəcəyik”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Qarabağa səfər edib. Eyni zamanda Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da Qarabağda bir sıra görüşlər keçirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz